14:55
399
"Hər gün 2–3 kəndin ələ keçirilməsi" barədə iddia Rusiya təbliğatçılarının açıq-aşkar yalanıdır. Bu, qətiyyən həqiqətə uyğun deyil.
Bunu xalqcebhesi.az-a ukraynalı hərbi ekspert İvan Stupak Rusiya ordusunun hər gün Ukraynada iki kəndi işğal etməsi xəbərlərinə münasibətində deyib.
O, Ukrayna ordusunun raket çatışmazlığı probleminə də toxunub: "Həqiqətən də, hazırda ballistik təhdidlərə qarşı mübarizə vasitələrimiz çatışmır, lakin bu istiqamətdə işlər uzun müddətdir ki, aparılır və çox fəal şəkildə davam edir. Avropa İttifaqının "Patriot" sisteminə alternativi mövcuddur, lakin həmin sistem hələ tam hazır deyil".
Cavid