Nazir müavini inflyasiyadan danışdı İqtisadiyyat

Nazir müavini inflyasiyadan danışdı

2015-ci ildə də Azərbaycanda inflyasiyanın səviyyəsi aşağı olacaq.
APA xəbər verir ki, bunu iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova İqtisadi siyasət, Sosial siyasət, Aqrar siyasət, Təhlükəsizlik və müdafiə, həmçinin Energetika, ekologiya və təbii ehtiyatlar komitələrinin birgə iclasında 2015-ci ilin Dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı deyib.
S.Həsənova deyib ki, Azərbaycanda makroiqtisabitlik qorunur, inflyasiya da aşağı səviyyədədir. Nazir müavini qeyd edib ki, gələn il də inflyasiya səviyyəsi 2,3% həcmində proqnozlaşdırılır.