Azərbaycanın Aİ ölkələri ilə mənfi ticarət saldosu yanvar-sentyabrda 46% azalıb İqtisadiyyat

Azərbaycanın Aİ ölkələri ilə mənfi ticarət saldosu yanvar-sentyabrda 46% azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 6,95 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 2,65 mlrd. dollar və ya 27,6% azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə 2019-cu ilin eyni dövrü ilə müqayisədə ixracın həcmi 34,7% azalaraq 5,1 mlrd. dollar, idxalın həcmi isə 3,7% çoxalaraq 1,85 mlrd. dollar təşkil edib.

Cari ilin ilk doqquz ayında 3,26 mlrd. dollarlıq müsbət ticarət saldo yaranıb ki, bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 2,78 mlrd. dollar və ya 46% azalıb.