"Reuters": Müharibə fonunda Hörmüzdə dəniz ticarəti dayanmaq həddindədir Dünya

"Reuters": Müharibə fonunda Hörmüzdə dəniz ticarəti dayanmaq həddindədir

Gəmilərin izlənilməsi sisteminin ilkin məlumatlarına əsasən, sentyabrın 10-da Hörmüz boğazından keçən gəmilərin sayı bir gün əvvəlki 11-dən yeddiyə düşüb ki, bu da 10 günlük orta göstəricidən (15 gəmi) nəzərəçarpan dərəcədə aşağıdır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi "Kpler" analitik şirkətinə istinadən məlumat yayıb.

"Panamax" sinfinə aid iki gəmi boğazdan çıxıb: bunlardan biri gübrə daşıyıb, digəri isə yüksüz (balastda) olub. Su arteriyasına isə beş gəmi daxil olub. Bunların arasında quru yük daşıyan "Panamax" gəmisi, poladla yüklənmiş "Handysize" gəmisi, eyni tipli taxıl daşıyan quru yük gəmisi, həmçinin neft məhsulları daşıyan orta sinif tanker və qalaq yük daşıyan "Supramax" gəmisi yer alıb.

Məlumatda deyilir ki, bu göstəricilərə aşkar olunmaqdan yayınmaq üçün Avtomatik İdentifikasiya Sisteminin transponderlərini söndürərək boğazı keçmiş ola biləcək gəmilər daxil edilməyib.

Fevralın 28-də İranla müharibə başlayana qədər boğazdan adətən gündə təxminən 125 iri kommersiya gəmisi keçirdi. Bunların sırasına dünya üzrə gündəlik xam neft və durulaşdırılmış təbii qaz tədarükünün təxminən 20%-ni daşıyan tankerlər, qazdaşıyanlar, bulkellər və konteyner gəmiləri daxil idi.

Ərəb dənizinin Ədən körfəzinə açılan Bab əl-Məndəb boğazından isə cümə əsgəri günü 26 yük gəmisi keçib. Onlardan 10-u boğaza daxil olub, 16-sı isə çıxıb. Son 10 gün ərzində bu boğazdan hər gün ortalama 27 gəmi keçib.

Məryəm Quliyeva