“Türkiyə heç vaxt TANAP-dan imtina etməyəcək” İqtisadiyyat

“Türkiyə heç vaxt TANAP-dan imtina etməyəcək”

Mövlud Çavuşoğlu: Türkmənistanı layihənin reallaşdırılmasında iştirak etməlidir"

Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi Türkiyə üçün xüsusi əhəmiyyətə malikdir və Ankara belə mühüm layihəni reallaşdırmaqdan imtina etməyəcək. "Trend" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkənin Anadolu agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ankara və Bakı bu layihənin reallaşdırılması üçün çox səy göstərir.
Nazir qeyd edib ki, TANAP layihəsinin həyata keçirilməsi üçün heç bir maneə yoxdur.
Dünən Çavuşoğlu Aşqabadda bəyan edib ki, Türkiyə və Azərbaycan Türkmənistanı TANAP layihəsinin reallaşdırılmasında iştirak etməyə çağırıb.
Qeyd edək ki, TANAP layihəsi Azərbaycanın "Şahdəniz" yatağından qazın Türkiyə-Gürcüstan sərhədindən Türkiyənin qərb sərhədlərinədək nəqlini nəzərdə tutur.