“Neftin 80 dollar olması qənaətbəxşdir” İqtisadiyyat

“Neftin 80 dollar olması qənaətbəxşdir”

Natiq Əliyev: "Xam neft istehsalçıları yaxında hasilatı azaltmalı olacaqlar"

Dünya bazarında yaxın vaxtlarda neftin 1 barelinin 80 dollar olması bütün bazar iştirakçılarını qane edəcək.
Gün.Az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyev Berlində "Sputnik" nəşrinə bildirib: "Düşünürəm ki, bütün hasilatçılar üçün bir barel neftin 80 dollar olması qənaətbəxşdir".
O həmçinin qeyd edib ki, xam neft istehsalçıları yaxında hasilatı azaltmalı olacaqlar.
Nazir deyib ki, Azərbaycan qazının Avropaya nəqlini həyata keçirəcək "Cənub Qaz Dəhlizi" layihəsinin inşası nəzərdə tutulan qrafikdən daha tez həyata keçirilir: "Azərbaycan hazırda Türkiyə ərazisində qaz nəqlini nəzərdə tutan Trans Anadolu (TANAP) boru kəmərinin tikintisini həyata keçirir. İşlər 2019-cu ildə başa çatdırılacaq. Bizim məqsədimiz həmin il 6 milyard kubmetr qazı Türkiyəyə nəql etmək və növbəti ildə 10 milyard kubmetr qazı Avropaya çatdırmaqdır".
Nazir əlavə edib ki, "Cənub Qaz Dəhlizi" layihəsi Avropaya alternativ qaz mənbəyini təmin edəcək.