Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin Azərbaycan dilində nümayişi keçirilib - FOTO
Səfir: Çin və Azərbaycan arasında ticarət dövriyyəsi yeni rekord göstəricilərə çatıb
İranda “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya əleyhinə kampaniya başlayıb
İspaniya və Mərakeş Seutaya ikinci mümkün kütləvi axın fonunda bölgədə əlavə qüvvə yerləşdirdi
15:10
322
Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov bu gün 5 Saylı Lənkəran-Astara Regional Bölməsinin inzibati binasında Lənkəran şəhəri, Astara, Lerik və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
ADSEA-dan verilən məlumata görə, qəbuldan öncə sədr Zaur Mikayılov və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Mikayıl Cəfərzadə şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.
"Daha sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, lildən təmizlənməsi, sel və daşqınlara qarşı mübarizə tədbirləri, subartezian quyularının təmiri, içməli su təchizatı, kanalizasiya sistemlərinin yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub", - məlumatda qeyd olunur.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.