14:17
343
2026-cı ilin yanvar-iyul aylarında nəqliyyat və anbar təsərrüfatı sahəsində 9 206,6 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,1 faiz çox xidmət göstərilib.
Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.
Məlumata görə, hesabat dövründə xidmətlərin 5 530,7 milyon manatı (60,1 faizi) yük daşınması, 2 522,9 milyon manatı (27,4 faizi) sərnişin daşınması, 1 153 milyon manatı (12,5 faizi) isə anbar təsərrüfatı və poçt xidmətlərinin payına düşüb.
“Nəqliyyat sektorunda 140,8 milyon ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz çox yük daşınıb. Yüklərin 63 faizi avtomobil, 25,9 faizi boru kəməri, 7,4 faizi dəmir yolu, 3,6 faizi dəniz, 0,1 faizi hava nəqliyyatı ilə daşınıb”, - məlumatda bildirilir.
Qeyd olunur ki, hesabat dövründə Daşınmış sərnişinlərin sayı 1 290 milyon nəfər və ya ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz çox olub. Sərnişinlərin 89,3 faizi avtomobil nəqliyyatı, 10 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.