Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
“ATƏT Almaniya və Türkiyənin Minsk qrupunda həmsədrlik məsələsinə baxacaq”

“ATƏT Almaniya və Türkiyənin Minsk qrupunda həmsədrlik məsələsinə baxacaq” Müsahibə

“ATƏT Almaniya və Türkiyənin Minsk qrupunda həmsədrlik məsələsinə baxacaq”

Azay Quliyev: "Ermənistan Türkiyənin həmsədrlikdə təmsil olunmasına etiraz etməməlidir"

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının siyasi məsələlər və təhlükəsizlik komitəsi sədrinin müavini Azay Quliyevin Modern.az saytına müsahibəsini təqdim edirik.
- ATƏT PA-nın fevralın 19-da keçirilən qış sessiyasında ATƏT-in Minsk qrupunun hazırkı həmsədrlərinin 3-dən 5-ə çatdırılması təklifi ilə çıxış etmisiz. Siz, eyni zamanda ,Minsk qrupunda Almaniya və Türkiyənin həmsədr dövlət olaraq təmsil olunmasını vurğulamısınız. Konkret olaraq, məsələnin növbəti mərhələsində hansı nəticə əldə oluna bilər?
- Qeyd etdiyiniz məsələ mətbuatda geniş işıqlandırıldı. Bu barədə danışmayacağam. Sadəcə olaraq, əsas mahiyyət o idi ki, ATƏT-in Minsk qrupununhəmsədr ölkələri 20 ildir heç bir nəticəyə nail olmayıb. Bunun üçün yeni yanaşma və təşəbbüslə çıxış etmək, status-kvonun dəyişdirilməsi ilə bağlı müəyyən işlər görmək lazımdır. Təkliflərdən biri də o ola bilər ki, bölgədə daha çox marağı, əlaqəsi və təsir imkanı olan Almaniya və Türkiyə də Minsk qrupunun həmsədrliyinə gətirilsinlər. Adətən, belə məsələlər qaldırılanda sədrlər bir qayda olaraq ya kobud formada, ümumi şəkildə cavab verirlər, ya da sualı eşitməzliyə vururlar. Bu dəfə isə ATƏT-in sədri çox açıq şəkildə narahatlığımızı başa düşdüyünü, Minsk qrupunun hazırkı fəaliyyəti ilə bağlı deyilən fikirləri anladığını qeyd etdi. Təklif etmişdim ki, ATƏT-in mövcud qaydaları çərçivəsində məsələyə baxılsın. ATƏT sədri dedi ki, məsələni müzakirə edəcəyik. Əsas odur ki, bu təklifin birmənalı şəkildə vəd olunmamasının şahidi olduq. Bu məsələyə baxılacağı deyildi. Burda müəyyən qaydalar var. İlk növbədə bu məsələ rəsmi müzakirəyə çıxarılmalıdır. Hər iki tərəf, xüsusilə, Ermənistan və Azərbaycan buna razılıq verməlidir. Bu konsensusla həmsədrlərin tərkibi dəyişə bilər. Bunun da bir neçə formatı var. Minsk qrupunun öz daxilində bu məsələ müzakirə oluna bilər. Eyni zamanda, ATƏT dövlət başçılarının toplantısında da bu məsələyə baxıla bilər. Təbii ki, tərəflərin bu məsələyə nə dərəcədə maraqla yanaşması qarşıda duran əsas məsələdir.
- Türkiyənin Minsk qrupunun həmsədrlərinin tərkibində təmsil olunmasını təklif etmisiniz. Ermənistan tərəfi isə birmənalı şəkildə Türkiyənin həmsədr dövlət olmasını qəbul etmir. Türkiyənin həmsədr olması Azərbaycanın hansı maraqlarına xidmət edə bilər?
- Əvvəla, Türkiyə-Azərbaycan bir millətin iki dövlətidir. Əlavə bir ikinci dövlətin Azərbaycanı təmsil etməsinə ehtiyac var. Bunun birinci sadə cavabı odur ki, faktiki, bu gün həmsədr ölkələrin üçü də Ermənistanı açıq şəkildə dəstəkləyir. Bir müddət bundan öncə, Fransa prezidenti Fransua Olland erməniləri fransız xalqının kiçik qardaşı adlandırdı. Onlarla fəxr etdiyini deyərək, istənilən halda, Ermənistanı dəstəkləyəcəyini bildirdi. İkinci fakt ondan ibarətdir ki, Ermənistan neçə illərdir Türkiyə ilə münasibətləri normallaşdırmaq, sərhədlərin açılmasını, diplomatik əlaqələrin qurulmasını istəyir. Çünki Türkiyə ilə münasibətlərin qurulmasına Ermənistanın çox böyük ehtiyacı var. Türkiyə Ermənistan iqtisadiyyatının nəfəsi, Avropaya qapısıdır. Türkiyə isə bunu etmir. Deyir ki, bu sərhədləri 1993-cü ildə Ermənistanın işğal siyasətinə etiraz əlaməti olaraq qapadım. İndi isə heç nə dəyişməyib. Türkiyə haqlı olaraq Ermənistanla əlaqələrin normallaşdırılmasını Dağlıq Qarabağ münaqişəsinin həllinə bağlayır. Bu gün Ermənistanda az da olsa praqmatik yanaşma olarsa, gərək Ermənistan Türkiyənin həmsədrlikdə təmsil olunmasına etiraz etməsin. Əksinə, Türkiyənin həmsədrlikdə təmsilçiliyi Ermənistanın da xeyrinə olardı. Almaniyanın da bununla bağlı marağı var. Bu barədə prezident İlham Əliyevin yanvarın 21-də Almaniyaya rəsmi səfəri zamanı bu ölkənin baş naziri, kansleri Angela Merkellə, Avropa İttifaqının, eləcə də Almaniyanın Dağlıq Qarabağ probleminin həllində yaxından iştirak etməkdə maraqlı olduğunu bildirmişdi. Bir məsələni də səmimi olaraq deyim ki, bu məsələnin qısa müddət ərzində həll olunmasını düşünmürəm. Çünki bunun üçün müəyyən siyasi iradə, müəyyən maraqlar lazımdır. Amma bu məsələnin qaldırılmasını vacib hesab edirəm. Həmsədr ölkələr elə düşünməsin ki, bunlar bu problemi istədiyi vaxt istədiyi müddətə qədər öz manopoliyasında saxlaya bilərlər. Tərəflər, "siz dil tapın, danışın, razılıq əldə edin və biz bu anlaşmanı dəstəkləyərik", - bəyanatı ilə öz işlərini yekunlaşdıra bilərlər. Onlar düşünməlidir ki, Azərbaycan ictimaiyyəti bundan çox narahatdır. Çünki bizim torpaqlarımız işğal altındadır. Ermənistan niyə Minsk qrupu tərkibinin, status-kvonun dəyişməsinə etiraz edir? Çünki Ermənistanın torpaqları işğal altında deyil. Əlbəttə, bu gün müharibədən əziyyət çəkib iqtisadiyyatı defort vəziyyətdədir. İnsanlar Ermənistanı tərk edirlər. Eyni zamanda, faktiki olaraq bu gün ən çox əziyyət çəkən Azərbaycandır. Ona görə də bu, birinci ona istiqamətlənib ki, Minsk qrupu həmsədrləri öz fəaliyyətində konkret dəyişiklik etsin, nəyəsə nail olsun prolemi həll etsin, status-kvonu dəyişsin.
- Minsk qrupunun tərkibinə 11 dövlət daxildir. Amma həmin dövlətlər münaqişənin həllində canfəşanlıq göstərmir. Sizcə, ATƏT-in Minsk qrupunun fəaliyyəti haqqında konkret qərar vermək vaxtı çatmayıbmı?
- Doğru qeyd etdiniz. Minsk qrupuna 11 dövlət də ona görə daxil edilib ki, problemin həllinə konkret olaraq sülh və diplomatik yolla öz köməkliyini göstərsinlər. Amma heç bir nəticə yoxdur. Biz nə qədər gözləməliyik? Yenə deyirəm, Azərbaycan ərazisini itirən, işğala, terrora məruz qalan tərəfdir. Azərbaycanın da tam haqqı var ki, ən müxtəlif üsullardan istifadə edərək vəziyyəti dəyişsin. Əgər xatırlayırsınızsa, 2013-cü ildə İstanbul toplantısında ATƏT PA təsdiq etmişdi ki, Minsk konfransı çağırılsın. Minsk qrupunun niyə belə fəaliyyətsiz olması, məsələni niyə həll edə bilməməsi ilə bağlı hesabat versin və bunun səbəblərini izah etsin.
Eyni zamanda, ordumuz güclənir və öz işini görür. Üzərinə düşən işi rəşadətlə yerinə yetirir. Diplomatlarımız da, deputatlarımız da üzərinə düşən işi yerinə yetirir. Hamı Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində həllinə istiqamətlənən beynəlxalq hüquq norması çərçivəsində dəstək verir. Bizim bu məsələdə vahid bir mövqeyimiz var. Dövlət, cəmiyyət olaraq vahid mövqedən çıxış edirik. Bu siyasəti dövlət başçısı çox peşəkarcasına formalaşdırıb. Bunun həyata keçməsi üçün gərək hamımız üzərimizə düşən işi yerinə yetirək.
- İlk dəfə olaraq, Minsk qrupunun tərkibinin 3-dən 5-ə qaldırılması təklifi ilə çıxış etdiniz. Bunun dövlət səviyyəsində gündəmə gətirilməsi mümkün ola bilərmi?
- Bununla bağlı Prezident Administrasiyası rəhbərinin müavini və xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da öz fikrini bildirib. Xarici İşlər Nazirliyinin ayrıca açıqlaması oldu. Burada bizim ümumi mövqeyimiz odur ki, istər üçlükdə, istərsə də beşlikdə, hansı formatda olur-olsun bu problem öz həllini tapmalıdır. Təbii ki, bu, bizim ilk təşəbbüsümüzdür. Ona görə də məsələyə yanaşmaların necə olduğunu öyrənməliyik. Lazım gələrsə növbəti mərhələdə digər aidiyyəti qurumlar da rəsmən bu işə qoşula bilər. Bu, hələlik şəxsi təşəbbüsümdür. Bildiyiniz kimi müstəqil deputatam. Həm də ATƏT PA-da rəhbərlikdə təmsil olunuram, büro üzvüyəm. Ona görə də hesab edirəm ki, bu məsələni qaldırmağım kifayət qədər məntiqlidir. Azərbaycan dövlətinin hələ ki rəsmi müraciəti yoxdur. Yenə deyirəm, bu artıq bir mesajdır. Eyni zamanda, bu təklif Minsk qrupunun indiki həmsədrliyinin fəaliyyətsizliyinə etirazdır. Hər halda, sonrakı mərhələlərdə bu prosesin necə inkişaf etməsiinə baxacağıq. Görək, bunun konkret əks-sədası necə olacaq.