“Roma Papasının bu çıxışının arxasında ilk növbədə xristian həmrəyliyi dayanır” Müsahibə

“Roma Papasının bu çıxışının arxasında  ilk növbədə xristian həmrəyliyi dayanır”

Teyyub Qənioğlu: "Qərb dövlətləri ermənilərin türklərə qarşı törətdikləri soyqrımın sifarişçiləri və həmmüəllifləridirlər"


Bütöv Aərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin sədri Teyyub Qənioğlunun partiyanın mətbuat xidmətinə müsahibəsi.

-Roma Papası I Fransisk aprelin 12-də Romadakı Müqəddəs Pyotr kilsəsində qondarma erməni soyqırımı ilə bağlı çıxışında bildirib ki, :"əsrin ilk soyqırımı ermənilərə qarşı həyata keçirildi". Sizin fikrinizcə Roma Papasının qondarma erməni soyqırımı ilə bağlı məlum bəyanatının arxasında nə dayanır?
-Roma Papasının bu çıxışının arxasında ilk növbədə xristian həmrəyliyi dayanır. Bu çıxışı ilə Roma Papası nəinki 1915-ci ildə o zamankı Roma Papasının da dəstəklədiyi Qərb dövlətlərinin təhriki ilə ermənilərin türklərə qarşı törətdiyi soyqırımı örtbasdır etməyə cəhəd edir, eyni zamanda, dolayısı ilə erməni faşistlərinin Xocalıda və Azərbaycanın işğal edilmiş digər ərazilərində torətdiyi soyqrıma haqq qazandırmağa çalışır. Tarixdən bəllidir ki, I Dünya Müharibəsi zamanı Türkiyəni parçalamağa çalışan Qərb dövlətləri erməniləri, türk torpaqları hesabına böyük Ermənistan yaradacaqlarına inandıraraq, Türkiyə daxilində üsyana təhrik edərək, erməniləri türklərə qarşı soyqrım törətməyə sövq ediblər. Başqa sözlə, Qərb dövlətləri ermənilərin türklərə qarşı törətdikləri soyqrımın sifarişçiləri və həmmüəllifləridirlər! Roma Papasnını məlum çıxışı həm də Qərb dövlətlərini bu məsuliyyətdən yayındırmağa hesablanıb.
Bir maraqlı məqamı da qeyd etmək istərdim. Məlumdur ki, Türkiyə dövləti rəsmi şəkildə bildirib ki, soyqrım iddialarına aydınlıq gətirmək üçün öz arxivlərini açmağa hazırdır və erməni tərəfini də analoji addım atmağa çağırıb. Amma Ermənistan bu təklifi rədd edib. Hesab edirəm ki, Qərb dövlətləri də Ermənistana öz arxivlərini açmamaq göstərişi verib! Çünki arxivlər açılsa nəinki türklərin ermənilərə qarşı soyqrım həyata keçirmədikləri, əksinə ermənilərin türklərə qarşı bu hərəkəti etdikləri gün kimi aydın olacaq, eyni zamanda, ermənilərin türklərə qarşı soyqrımının həqiqi müəlliflərinin kim olacağı da aydınlaşacaq. Əslində bu bəllidir. Yalnız onun rəsmi sənədlərlə təsdiqlənməsi qalır….
-Məlumdur ki, Ermənistan bu il aprelin 24-də tarixdə olmayan qondarma soyqrımın 100 illiyini qeyd etmək istəyir və bu tədbirə dünyanın demək olar ki, bütün dövlətlərinin rəhbərlərini dəvət edib. O da məlumdur ki, bəzi dövlət başçıları bu tədbirə qatılmaqdan imtina edib, bəziləri son qərarını verməyib. Roma Papasının bu çıxışını ermənilərin öz istəklərinə çatmaları istiqamətində uğurları kimi qiymətləndirmək olarmı?
-Qətiyyən yox! Əvvəla dünyada, hətta xristian aləmində heç də hamı Roma Papasını birmənalı qəbul etmir və onun nə dediyinin fərqində belə deyillər. İkinci, indiki informasiya əsrində yəqin ki, çoxları 1915-ci ildə həqiqətən hansı hadisələrin baş verdiyindən xəbərdardırlar. Üçüncü, mövcud olan və getdikcə güclənən türk amilini də nəzərə almaq lazımdır. Buna görə də qəti əminliklə demək olar ki, ermənilər 24 apreldə öz istədiklərinə çata bilməyəcəklər.
-O da məlumdur ki, aprelin 24-də Türkiyə dövləti də Çanaqqala zəfərinin 100 illiyini təntənə ilə qeyd edəcək...
-Türkiyənin bu addımı təqdirəlayiqdir və alqışlanmalıdır. Qeyd etmək lazımdır ki, BAXCP yeganə partiyadır ki, 2007-ci ildən etibarən hər il aprel ayının 24-də Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edir. Bu il biz yenə də BAXCP İdarə Heyətinin iclasında 24 aprel gününü Xilaskar Türk Əsgərinin Anım Günü kimi qeyd edilməsi təklifini irəli sümüşük və bütün siyasi qüvvələri, Azərbaycan xalqını həmin günü birlikdə qeyd etməyə dəvət etmişik. Biz arzu edirk ki, bu tarixi gün nəinki Azərbaycanda və Türkiyədə, eləcə də bütün türk dünyasında dövlət səviyyəsində təntənə ilə qeyd edilsin.
Dünyada bu gün mövcud olan reallıqları nəzərə almaq lazımdır. Bu gün dünyada hüququn gücü yox, güclünün "hüququ" işləyir. Dünyada güclü xristian həmrəyliyi var və bu həmrəylik iqtisadi, hərbi, siyasi gücə arxalanır. Bu gücə arxalanan qərbin xristian dövlətləri öz istəklərini, baxışlarını başqalarına qəbul etdirmək üçün istənilən varianta əl atırlar... Bu dövlətlər üçün beynəlxalq hüquq anlayışı yoxdur, onlar yalnız gücə arxalanırlar və yalnız qarşılarında güc gördükdə geri çəkilirlər. Təəsüf ki, geniş coğrafi əraziyə, çoxmilyonlu topluma, güclü iqtisadi potensiala malik olan türk dövlətləri hələ ki, bu potensialı güclu hərbi, siyasi potensiala çevirə, türk həmrəyliyinə nail ola bilməyiblər. Ancaq inanıram ki, bu gün gələcək və o, cox da uzaqda deyil!