Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Elxan SüleymanovdanAvronest PA həmsədrlərinə etiraz məktubu

Elxan SüleymanovdanAvronest PA həmsədrlərinə etiraz məktubu Siyasət

Elxan SüleymanovdanAvronest PA həmsədrlərinə etiraz məktubu

Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avronest PA həmsədrlərinə və Büro üzvlərinə məktub ünvanlayıb.
Məktubda bildirilir ki, Avropa Parlamenti (AP) katibliyinin Siyasi Komitə üzrə məruzə layihəsinin hazırlanmasını öz üzərinə götürməsi Avropa Parlamentinin Şərq Tərəfdaşlığı ölkələrinə təsir vasitəsini saxlamaq cəhdi kimi qiymətləndirilməlidir: "Biz dəfələrlə belə təzyiqlərin və ayrı-seçkiliyin şahidi olmuşuq. Misal üçün, AP-nin seçkiləri müşahidə missiyasının 2013-cü ildə Azərbaycanda prezident seçkilərini ədalətli və şəffaf seçkilər kimi qiymətləndirməsinə baxmayaraq, bu qurum müxtəlif qeyri-obyektiv və qərəzli bəhanələrlə 2015-ci ildə seçkilərə müşahidə missiyası göndərməməyi qərara alıb. Bununla yanaşı, AP deputatlarına da müstəqil şəkildə Azərbaycanda seçkiləri müşahidə etməyə qadağa qoyulub".
E. Süleymanov məktubunda qeyd edir ki, Katibliyin bu günlərdə göndərdiyi məktubda iki Komitə üzrə məruzənin AP komponenti katibliyi, digər iki Komitə üzrə isə Şərq Tərəfdaşlığı komponentinin katibliyi tərəfindən hazırlanması təklif edilir. Onun sözlərinə görə, məktubda "ədalətli" bölüşdürülmə təklif edilsə də, AP komponenti katibliyinin Siyasi Komitə üzrə məruzəni götürdüyü bildirilir: "Bununla bağlı bildirmək istərdik ki, Avronest PA-da hər iki komponent bərabər hüquqlara malikdirlər, AP ilə Şərq Tərəfdaşlığı ölkələri bərabər hüquqlu tərəflərdir. Azərbaycan nümayəndə heyəti qeyd edilənlər kontekstində Siyasi Komitənin məruzəsinin ilkin variantının AP komponenti katibliyinin hazırlamasına qəti etiraz edir və bu etiraz nəzərə alınmayacağı təqdirdə Siyasi Komitənin iclaslarına, o cümlədən Assambleyada həmin məruzənin müzakirələrinə qatılmayacağını bildirir".