Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən Belarus vətəndaşının məhkəməsi başlayır Hadisə

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən Belarus vətəndaşının məhkəməsi başlayır

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən Belarus vətəndaşı Ardeshir Seyfpour Saad Abadinin cinayət işi üzrə istintaq tamamlanıb.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Babək Pənahovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.

Əməli törətməklə bağlı 3 məkətəbli və 2006-cı ildə İranda anadan olmuş, 01.09.2024-cü ildən Azərbaycanda yaşayan Belarus vətəndaşı, ADA Universitetinin II kurs tələbəsi Ardeshir Seyfpour Saad Abadi olduğu müəyyənləşib.

Ardeshir Seyfpour Saad Abadiyə Cinayət Məcəlləsinin 246.4.3-cü ( Mədəni sərvətləri qəsdən korlama və ya məhv etmə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.