“Azərbaycana qarşı həddən artıq qərəzli yanaşma var” Siyasət

“Azərbaycana qarşı həddən artıq qərəzli yanaşma var”

Ən Yaxşı Ölkələr İndeksində (Good Country Index) ölkələr əsasən elm və texnologiya, mədəniyyət, beynəlxalq sülh və təhlükəsizlik, dünya nizamı, planet və iqlim, rifah və bərabərlik, sağlamlıq kateqoriyaları üzrə sıralama aparılır. birləşdirilmiş. Indexdə ölkələr 35 data xal üzrə qiymətləndirilir. Ümumilikdə isə qiymətləndirmə 125 ölkə arasında aparılır. Qiymətləndirmə isə əasən, BMT və digər beynəlxalq qurumlar, eləcə də beynəlxalq QHT-lər və digər təşkilatlar tərəfindən ümumi müzakirələr əsasında həyata keçirilir. Bu dəfəki qiymətləndirmədə Azərbaycan 125 ölkə arasında 122-ci yerdə sıralanıb.
Millət vəkili Sahib Alıyev məsələ ilə bağlı fikirlərini bölüşərkən bu qiymətləndirmənin həqiqətdən uzaq olduğunu heç bir reallığa əsaslanmadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, bu qiymətləndirmə də öz növbəsində Qərbin, Avropanın bəzi dairələrində Azərbaycana qarşı həddən artıq qərəzin, qeyri-obyektiv yanaşmanın olduğunu nümayiş etdirir: "Qərbdəkilərin nə qədər "qərəzsiz" və "obyektiv" olduqları növbəti bir reytinq cədvəlindən də açıqca görünür. Bu dəfə də onlar "Yaxşı ölkələrin indeksi" (Good Country Index)ni müəyyənləşdiriblər. Azərbaycan reytinq cədvəlində 125 ölkənin arasında 122-ci yerdədir. Maraqlısı və təəccüb doğurası hal isə ondan ibarətdir ki, işğalçı Ermənistan dövləti qiymətləndirmədə 72-ci pillədə qərarlaşır. Bu "yaxşı ölkə" öz yaxşılığı ilə təkcə bizi deyil, Türkiyəni geridə qoyub. Belə ki, ən yaxşı ölkələri müəyyənləşdirənlər Türkiyəni 79-cu yerdə müəyyənləşdiriblər. Qazaxıstan 80-ci yer, Rusiya isə 107-ci yerdə sıralanıb". Millət vəkilinin sözlərinə görə, reytinq cədvəlində Ermənistanın Türkiyə və Azərbaycanı üstələməsi ciddi təəccüb doğurur: "Ortada olan mənzərə açıq-aşkar onu sübut edir ki, həmin qiymətləndirmənin hazırlanması zamanı erməni lobbisinin antiAzərbaycan, antiTürkiyə maraqları da nəzərə alınıb. Maraqlıdır, qərbdəkilər belə bir reytinq cədvəli tərtib edib də dünyaya sırıyanda görəsən nə düşünürlər? Düşünmürlərmi ki, durub soruşa bilərlər, əgər Ermənistanda vəziyyət elə yaxşıdırsa, onda niyə həmin ölkənin əhalisinin yarıdan çoxu qaçıb özlərininkindən xeyli "pis" ölkə olan Rusiyaya, on minlərlə vətəndaşı isə onları "soyqırım"a uğratmış Türkiyəyə sığınıblar. Və gəlib bura sığınan martirosyanlar ailəsinin dediklərinə görə onlar hətta müharibə vəziyyətində olduqları Azərbaycana da qaçıb gəlmək istəyirlər. Görəsən niyə, nədən ermənilər öz "yaxşı" ermənistanlarını qoyub "az yaxşı" və yaxud da Azərbaycan kimi "lap az yaxşı" ölkələrə üz tuturlar?"