Zelenski və Stubb Əbu-Dabidəki danışıqları müzakirə ediblər
10 Noyabr 14:40
10 Noyabr 14:40
10 Noyabr 14:33
10 Noyabr 13:33
17 Noyabr 2025 14:44
2 548
Vilnüs Şimali Atlantika Alyansından hava qaçaqmalçılığı ilə bağlı vəziyyəti qiymətləndirmək və bununla mübarizə üçün öz tövsiyələrini təqdim etmək üçün Litvaya gələcək ekspertlər qrupu yaratmağı xahiş edib.
Xalqcebhesi.az xəbər verir ki, bunu Litva prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Deyvidas Matulionis milli radiostansiya "LRT"nin efirində deyib.
"Biz ekspert qrupu ilə bağlı NATO ilə əlaqə saxladıq. Alyans bizim hibrid hücum forması ilə qarşılaşdığımızdan xəbərdardır", - o bildirib.
Müşavirin qeyd etdiyi kimi, Belarusdan buraxılan qaçaqmal siqaret daşıyan meteoroloji balonların uçuşu mülki aviasiyanın təhlükəsizliyini təhdid edir və aeroportları fəaliyyətini dayandırmağa məcbur edir. Çox vaxt onlar dronlardan daha böyük problemdir. "Ümid edirik ki, ekspertlərdən əlavə tövsiyələr alacağıq", - Matulionis bildirib.
Məryəm Quliyeva