“Yeni qaydalar qanunidir, qiymət artımı mümkündür”
6 Fevral 21:18
6 Fevral 21:18
6 Fevral 16:16
6 Fevral 13:34
17 Noyabr 2025 16:24
2 037
Bakıdakı təcrübəmiz əla keçdi. Azərbaycan bizim üçün ikinci evimiz kimidir. Burada olmaqdan çox məmnunam. Bu möhtəşəm konfransın təşkilinə görə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyini, nazir Rəşad Nəbiyevi və bütün əməkdaşları təbrik edirəm. Belə çoxtərəfli tədbirləri təşkil etmək çətindir, lakin Bakı WTDC-25-i yüksək səviyyədə keçirərək özünü bir daha təsdiq etdi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Pakistan İslam Respublikasının İnformasiya Texnologiyaları və Telekommunikasiya naziri xanım Şaza Fatima Xavaja Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişaf Konfransı – WTDC-25 çərçivəsində deyib.
Şaza Fatima Xavaja Azərbaycanın inkişaf etmiş şəhər infrastrukturu, yaşıllıq zonaları, tarixi və müasir harmoniyası ilə seçildiyini vurğulayıb: “Daha əvvəlki səfərlərimdə Bakının gözəlliyi, qədim şəhər və müasir memarlığın harmoniyası, həm də Şərq və Qərb arasında körpü rolunu özündə ehtiva etməsi məni valeh etmişdi”.
Nazir bildirib ki, Pakistan son illərdə informasiya texnologiyaları sektorunda 20 faizlik sabit artım əldə edib və bu sahədə gənclərin innovativ təşəbbüsləri ölkənin inkişafına təkan verir: “240 milyon əhalimizin 68 faizi gənclərdir və onlar informasiya texnologiyaları, rəqəmsal xidmətlər, startaplar və süni intellekt sahələrində böyük irəliləyişlər əldə edir”.
Pakistandakı texnoloji yeniliklərdən danışan Şaza Fatima Xavaja genişzolaqlı internetin inkişafı, yeni spektrumun istifadəyə verilməsi və startap ekosisteminin gücləndirilməsinin prioritetlər arasında olduğunu qeyd edib.
Eyni zamanda, Azərbaycanla əməkdaşlıq planlarına toxunan nazir bildirib: “Azərbaycanla texnologiya sahəsində təcrübə mübadiləsini genişləndirmək, gənclərimizi inkubasiya mərkəzləri, akseleratorlar və təhsil sahəsində mübadilə proqramları vasitəsilə bir araya gətirmək istəyirik. Hazırda təxminən min pakistanlı tələbə Azərbaycanda təhsil alır və bu, xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir”.
Sonda nazir Pakistan və Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf edəcəyinə inandığını bildirib. “Bu tədbir bizim qardaşlıq əlaqələrimizi daha da gücləndirəcək,” – deyə Şaza Fatima Xavaja əlavə edib.
8 Fevral 15:51
1 232
7 Fevral 11:19
1 946
7 Fevral 10:35
2 303