Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Rusiyadan ekstradisiya edilib
Avropa Komissiyası: Rusiya–Ukrayna müharibəsi 2026-cı ilin sonunda başa çatacaq
"Qarabağ" yatağının tam miqyaslı işlənməsi proqramının hazırlanması bitmək üzrədir
Rusiya-Ukrayna müharibəsində itkin düşmüş Ağdam sakininin nəşi tapılıb
Aydın Bayramov: "Meydanda olarkən qarşındakı futbolçunun ulduz olmasını hiss etmirsən" - MÜSAHİBƏ
15:02
770
Azərbaycan Respublikası Hesablama Palatası ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Qeyd edilib ki, sənəd dövlət maliyyə nəzarəti, vergi və mühasibat uçotu, institusional idarəetmə sahələrində qarşılıqlı fəaliyyətin yeni mərhələsini müəyyən edir.
Memorandumu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli imzalayıblar.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov imzalanmış sənədin dövlət vəsaitlərinin istifadəsinə nəzarət və risk əsaslı audit praktikasının inkişaf etdirilməsində əhəmiyyətini qeyd edib. DVX rəisi Orxan Nəzərli isə əməkdaşlığın vergi inzibatçılığı və maliyyə nəzarətində şəffaflığın gücləndirilməsinə verəcəyi töhfəni vurğulayıb.
Bildirilib ki, Memorandum tərəflər arasında məlumat mübadiləsinin optimallaşdırılmasını, birgə analitik araşdırmaların aparılmasını, risklərin qiymətləndirilməsi metodlarının təkmilləşdirilməsini və dövlət vəsaitlərindən istifadə üzərində nəzarət mexanizmlərinin gücləndirilməsini təmin edir.
16:58
147
16:24
490
16:19
511


