Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Qətnamə diplomatiyası

Qətnamə diplomatiyası Siyasət

Qətnamə diplomatiyası

Əli Orucov: "İstənilən halda bu qətnamələri yüksək qiymətləndirmək lazımdır"
Tarıyel Faziloğlu: "ABŞ Ştatlarının qətnamə qəbul etməsi Azərbaycana deyil, Rusiyaya mesajdır"

Amerika Birləşmiş Ştatlarının Havay ştatının Nümayəndələr Palatasında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Qarabağın beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanındığını bildirən qətnamə qəbul edib. Azərbaycanın Los Ancelesdəki baş konsulluğundan verilən xəbərə görə, qətnamə Nümayəndələr Palatasının plenar iclasında iştirak edən baş konsul Nəsimi Ağayevə təqdim edilib. Qətnamədə Azərbaycanın son 23 il ərzində öz suverenliyini və müstəqilliyini daha da möhkəmləndirdiyi və ən sürətlə inkişaf edən dövlətlərdən birinə çevrildiyi qeyd edilir.
Bildirilir ki, Azərbaycan Xəzər hövzəsi kimi çox önəmli bir bölgədə ABŞ-ın güclü müttəfiqidir. ABŞ və BMT Qarabağ bölgəsi də daxil olmaqla Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri çərçivəsində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyır və dəstəkləyir.
Ekspenrtlər qeyd edirlər ki, hər iki ölkəni bir-birinə bağlayan strateji əsaslar milli maraqlar sisteminin qarşılıqlı faydalı əlaqələr üzərində uzlaşdırılmasıdır. ümumiyyətlə, ABŞ-la Azərbaycan arasında bir çox sahəni ehtiva edən çoxşaxəli münasibətlər mövcuddur. Belə ki, Vaşinqtonla Bakı beynəlxalq təhlükəsizliyin təmin olunması, iqtisadi maraqların uzlaşdırılması, siyasi münasibətlər sisteminin daha da təkmilləşdirilməsi, demokratik inkişaf istiqamətində əməkdaşlığın dərinləşdirilməsi kimi yönlərdə sıx təmaslara malikdirlər.
İki ölkə arasındakı strateji münasibətləri möhkəmləndirən fundamental faktorlardan biri də regional və beynəlxalq təhlükəsizlik sahəsindəki əməkdaşlıq əlaqələridir. Bununla bağlı müxtəlif zaman kəsiklərində qarşılıqlı səfərlər təşkil edilir, təhlükəsizliyə, əməkdaşlığa dair ən aktual məsələlərlə əlaqədar olaraq dialoqlar keçirilir, məsləhətləşmələr aparılır. Digər tərəfdən, tərəflər arasında baş tutan rəsmi və işgüzar təmaslar münasibətlərin inkişafına özünəməxsus töhfələr verir.
Ümumiyyətlə, Azərbaycanın regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfələr bəxş etməsi ABŞ tərəfindən yüksək qiymətləndirilir. Vaşinqton ölkəmizi regional təhlükəsizliyin qarantı hesab edir və bu istiqamətdə əməkdaşlığın önəmini xüsusi vurğulayır. Eyni zamanda, təhlükəsizlik kontekstində ABŞ-la Azərbaycanın strateji tərəfdaşlığını uğurlu edən faktorlardan biri də rəsmi Bakının beynəlxalq terrorizmlə mübarizədə, eyni zamanda, qlobal sülhyaratma prosesində Vaşinqtona yüksək səviyyəli dəstək verməsidir. Belə ki, Azərbaycan bir sıra "qaynar" geostrateji məntəqələrdə beynəlxalq terrorizmə və digər dağıdıcı, qeyri-qanuni hal və hərəkətlərə qarşı mübarizədə Birləşmiş Ştatlarla əməkdaşlıq etməkdə və bu istiqamətdə pozitiv nəticələr əldə olunmaqdadır. Məhz bütün bunları nəzərə alan ABŞ ölkəmizi etibarlı strateji tərəfdaş kimi qəbul etməkdədir. Rəsmi Vaşinqtonun timsalında dəfələrlə bəyan edilib ki, Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi ABŞ-ın xarici siyasət konsepsiyasında öz əksini tapmış prioritetlərdəndir və bəhs olunan milli dövlət Azərbaycanı uzun müddət beynəlxalq təhlükəsizlikdə güclü tərəfdaş hesab edib. Bu gün isə Birləşmiş Ştatlar iqtisadi, siyasi, humanitar istiqamətlərdə və təhlükəsizlik kontekstində ikitərəfli əlaqələrin intensiv surətdə inkişaf etdirilməsində maraqlı tərəf kimi çıxış etməkdədir.
Amma Minsk qrupunun fəaliyyət mexanizminin səmərəli olması üçün həmsədr dövlətlərin prinsipial və fəal mövqe sərgiləmələri gərəkdir. Bu kontekstdə ABŞ-dan da aktiv diplomatik səylər gözlənilir. Çünki ərazisinin 20 faizi işğal altında olan Azərbaycan ABŞ üçün etibarlı strateji tərəfdaşdır və ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında ABŞ-ın səyləri də zəruri strateji amil kimi çıxış edir.
Ümumiyyətlə ABŞ şaatlarının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəbul etdiyi qərarlar hüquqi və siyasi baxımdan hansı əhəmiyyəti daşıyır?
Siyasi ekspert Əli Orucov bildirib ki, ABŞ-ın bəzi ştatları ermənipərəst qətnamələr də qəbul edib: "Erməni yalanlarında fərqli olaraq Xocalı soyqırımı çağdaş tariximizin və bəşəriyyətin acı həqiqətləridir. Və cinayəti də ermənilər öz havadralarının köməyi ilıə törədiblər. Dünya ictimaiyyəti tərəfindən Xocalı soyqrımımnın tanıdılması təkckə Azərbaycan baxımından əhəmiyyətli deyil, həm də müasir sivlizasiyamız üçün vacibdir. Ona görə ki, həqiqəti görmədən, faciələrin nələrə yola açdığını, insanlığa yönələn dəhşətləri fərq etmədən təhlükəsizlikyə və sülhə yüksək qiymət vermək və onu qorumaq qədir-qiymətini vermək asan deyil. İstənilən halda bu qətnamələri müsbət qiymətləndirmək lazımdır".
Politoloq Tarıyel Faziloğlu isə dedi ki, ABŞ Ştatlarının Azərbaycanın ərazi bütövlüyünü tanıması və belə bir məsələ ilə bağlı məhz indi belə bir qətnamə qəbul etməsi Azərbaycana deyil, Rusiyaya bir mesajdır: "Amma bu mesaj həm də Azərbaycanın xeyrinə deyil. Bu mesaj Azərbaycanın tezliklə ABŞ - Rusiyaa arasında yeni bir bazarlıq mövzusu olacağının mesajıdır. Belə ki ABŞ-Rusiya arasında Çin üzərindən razılaşdırılmış qeyri rəsmi anlaşmaya görə ABŞ Rusiyanın sərhəd bölgələrindən çəkiləcək və bu əraziləri Rusiyanın nüfuz dairəsinə verəcək. Suriyada, Türkiyədə, Ukraynada görünən odur ki, ABŞ Rusiya-İran ittifaqı ilə olan qeyri rəsmi anlaşmaya əməl edir və bütün razılaşdırılmış bölgələri boşaldır. Qarşığında da Rusiya - İran ittifaqi yavaş yavaş Çinin təklənməsi siyasətində uğurlu şəkildə irəliləyirlər. Bir sözlə hər iki tərəf anlaşmaya hələ ki sadiqdir. Necə ki bu günlərdə Rusiyanın Krımdan keçərək bütün Şərqi Ukraynaya qoşun çıxarmasına ABŞ bir iki bəyanatla göz yumdu. Eləcə də İranla olan razılaşmasına sadiq qalması ABŞ-ın bu anlaşmaya nə qədər önəm verdiyini açıq şəkildə nümayiş etdirir.

Əli