“Ermənilərin təsəvvürləri yalandan ibarətdir” Siyasət

“Ermənilərin təsəvvürləri yalandan ibarətdir”

Dağlıq Qarabağın Azərbaycandan kənarlaşmasına şərait yaradan bircə sənəd yoxdur. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. Mübariz Əhmədoğlu sonra vurğulayıb ki, Avropa liderləri Dağlıq Qarabağ münaqişəsi regionunda atəşkəs rejiminin intensiv pozulması barədə Ermənistanın müraciətlərini də cavabsız qoymuşdular: "Ərazi bütövlüyü prinsipinə dəstəyə köklənmiş Avropa Azərbaycanın ərazi bütövlüyü prinsipinin əleyhinə getmək niyyətində deyil. Əksinə, Aİ-nin Riqa sammiti "Şərq Tərəfdaşlığı" proqramının üzv dövlətlərinin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünə dəstəyi vacib hesab edən qətnamə qəbul etdi. Almaniya kansleri Angela Merkelin təkidi ilə Ermənistan prezidenti Serj Sərkisyan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnaməni imzaladı". Mərkəz rəhbəri deyib ki, Aİ-nin dalınca G-7 dövlətləri yekun bəyannamədə ərazi bütövlüyü prinsipinə dəstək verdilər: "Münaqişələrin həll edilməməsini beynəlxalq hüququn atrofiyası adlandırdılar. MDB-nin Qazaxıstan sammitində üzv dövlətlərin xarici sərhədlərinin təhlükəsizliyinin möhkəmləndirilməsi barədə liderlərin, o cümlədən Sərkisyanın imzaladığı proqram Azərbaycanın ərazi bütövlüyünü daha detallı dəstəkləyir. Serj Sərkisyan Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi elan edən kimi həmsədrlər onu təkzib etdi. Sərkisyan və komandası həmsədrlərə etiraz edə bilmədi. Bir anlıq yalan Sərkisyana böyük nəşə verdi. Erməni xalqı da hədsiz kefləndi. Sərkisyanın və ermənilərin nəşəsi hələ də davam edir". Politoloq sonra qeyd edib ki, BMT sənədlərinə görə, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir: "Ermənilərə aydın olsun deyə bir təkrarlayaq: Azərbaycan Respublikasının ərazi bütövlüyü dedikdə Dağlıq Qarabağ da Azərbaycan Respublikasının tərkib hissəsi kimi başa düşülür. Bu mövzuda başqa nə deyilirsə bu, Sərkisyanla ermənilərin yalanla dərin və uzun müddətli eşq məcrasının məhsuludur. Sərkisyan və ətrafı bu müddət ərzində millətlərin öz müqəddəratını təyini prinsipinə dəstək verən bircə sənəd göstərə bilməzlər. Dağlıq Qarabağın Azərbaycandan kənarlaşmasına şərait yaradan bircə sənəd yoxdur. Varsa, Sərkisyan və ətrafı ortalığa qoya bilərlər. Heç bir erməni bu günədək yenilənmiş Madrid Prinsiplərini təfsilatlı şərhini verə bilməyib. Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsi barədə ermənilərin təsəvvürləri yalnız yalandan ibarətdir. Təhlükə də elə onun yalandan ibarət olmasındadır. Çünki Sərkisyan və digər erməni siyasətçiləri yalan danışmağı, dünyada olan ermənilər isə yalana inanmağı sevirlər. Sərkisyanı və ermənilərini həqiqətdən uzaqlaşdırmaq asan, yalandan uzaqlaşdırmaq isə qeyri-mümkündür". –