Kriptobirjada əsas aktivlərdə eniş davam edib İqtisadiyyat

Kriptobirjada əsas aktivlərdə eniş davam edib

Kriptovalyuta bazarında eniş davam edib.

Qlobal kriptovalyuta bazarında son 24 saat ərzində əsas rəqəmsal aktivlərin əksəriyyəti ucuzlaşıb.
Qlobal kriptovalyuta bazarının kapitallaşması 0,78% azalaraq 2,22 trilyon dollara enib. CMC20 indeksi isə 0,83% geriləyərək 132,72 bənd təşkil edib.
Ən böyük kriptovalyuta olan Bitcoin son 24 saatda 0,46% ucuzlaşaraq 65 291,13 dollara düşüb. Bazar dəyərinə görə ikinci yerdə qərarlaşan “Ethereum”un qiyməti 2,40% azalaraq 1 875,25 dollar olub. BNB isə 0,37% dəyər itirərək 567,63 dollara enib.
Qızıla indekslənmiş tokenlər də mənfi dinamika nümayiş etdirib. Tether Gold (XAUt) 2,25% ucuzlaşaraq 4 025,35 dollara, PAX Gold (PAXG) isə 2,29% azalaraq 4 022,34 dollara düşüb.
İlk onluqda yalnız Monero (XMR) müsbət dinamika göstərərək son sutkada 0,89% bahalaşıb. Zcash 0,79%, Bitcoin Cash 3,18%, Bittensor isə 1,42% ucuzlaşıb.
Bazar iştirakçıları riskli aktivlər üzrə mənfəət realizasiyasını davam etdirirlər. Eyni zamanda, ABŞ-İran gərginliyinin yenidən diqqət mərkəzinə gəlməsi investorların daha təhlükəsiz aktivlərə üstünlük verməsinə səbəb olur. Bu fonunda kriptovalyuta bazarında satış təzyiqi artır. Bunu “CoinMarketCap”in Fear & Greed indeksinin 37 bəndə enərək bazarda "qorxu" əhval-ruhiyyəsinin üstünlük təşkil etdiyini göstərməsi də təsdiqləyir.