“Münaqişənin yalnız bir həll yolu var” Siyasət

“Münaqişənin yalnız bir həll yolu var”

Amerikalı politoloq: "Bu, Ermənistanın Azərbaycan torpaqlarının hər bir qarışından qoşunlarını geri çəkməsindən sonra Ermənistan və Azərbaycanı danışıqlar masasına gətirməkdir"


Dağlıq Qarabağın "xarici işlər naziri" Karen Mirzoyanın ABŞ-a səfəri Ermənistan Silahlı Qüvvələrinin qoşunların təmas xəttində təxribatlar törətməsindən sonra baş tutub.
2015-ci ilin dekabrında Ermənistan qəsdən hərbi hücumlar təşkil edib və Azərbaycan Silahlı Qüvvələrinə qarşı iri çaplı silahlardan istifadə edib.2 015-ci ilin dekabrının ilk həftəsində Azərbaycan Silahlı Qüvvələrinin 2 hərbçisi öldürülüb, 2 hərbçi isə yaralanıb. Bu fikirləri Dağlıq Qarabağdakı qondarma rejimin xarici işlər naziri kimi təqdim edilən Karen Mirzoyan adlı şəxsin ABŞ-a səfərini şərh edən amerikalı politoloq Piter Teys deyib.
Ekspert bildirib ki, Ermənistan hakimiyyəti qoşunların təmas xəttindəki daimi təxribatların yeganə müəllifidir: "Dekabrın 9-da qondarma Dağlıq Qarabağın xarici işlər naziri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorliklə görüşüb. Vaşinqtonda baş tutan görüş ATƏT-in Minsk qrupu və həmsədrlərin fəaliyyətini izləyən beynəlxalq ekspertlər üçün təəccüblü deyil".
Teys qeyd edib ki, bu ilk dəfə deyildi ki, Uorlik Minsk qrupunun fəaliyyətinə güclü dəstək verir və digər tərəfdən (bu görüş ABŞ-da Azərbaycan rəsmilərinin iştirakı olmadan keçirildi) Minsk qrupunun digər iki həmsədrinin iştirakı olmadan görüş keçirir.
Teysin fikrincə, Azərbaycan hakimiyyəti haqlı olaraq bu görüşü pisləyib: "Bu cür görüşlər pis mesaj verir və qarışıqlığı gücləndirir. Uorlikin bu cür "dəstəyi" Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə heç bir dəyər gətirmir. Bakı, haqlı olaraq bu cür təşəbbüsü pisləyir".
Onun sözlərinə görə, Uorlikin Mirzoyanla görüşü tamamilə qərəzlidir və ötən aydan bəri üçüncü dəfədir ki, həmsdər tvitter hesabında yazdığı provokativ bəyanatlarla (Ermənistanın və qeyri-legitim Dağlıq Qarabağ hakimiyyətinin xeyrinə) ikili standartlara əsaslanan münasibət nümayiş etdirib: "Uorlik bəlkə də ABŞ Dövlət Departamentinin ən qeyri - diplomatik fiqurudur. O sosial mediada elə bəyanatlar yayır ki, bunlar qırmızı bayraqları qaldıra və dondurulmuş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə zərər vura bilər. Onun Tvitter-dəki rəyləri Ermənistan və Dağlıq Qarabağın qeyri-legitim hakimiyyətinin xeyrinədir".
Teys hesab edir ki, bir tərəfdən Uorlik ATƏT-in Minsk qrupunun hazırkı statusunu müdafiə edir və digər tərəfdən digər həmsədrlərin iştirakı olmadan Karen Mirzoyanla görüşür: "Nəticədə Uorlik ocağı daha da alovlandırır. Münaqişənin yalnız bir həll yolu var. Bu Ermənistanın Azərbaycan torpaqlarının hər bir qarışından qoşunlarını geri çəkməsindən sonra Ermənistan və Azərbaycanı danışıqlar masasına gətirməkdir".
Politoloq vurğulayıb ki, bu qədər təkrarlanan diqqətsizlikdən sonra Uorlik istefa verməlidir və ABŞ Dövlət Departamenti körpü qurmaq təcrübəsi olan və münaqişənin həlli istiqamətində qərəzli mövqeyi olmayan diplomat təyin etməlidir.
Mirzoyanla ABŞ Konqresinin üzvləri – Robert Dold, Frank Pallone arasında baş tutan görüşü ekspert yersiz kimi qiymətləndirir və bildirib ki, bu dünya birliyinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə bağlı maraqlarına ziyan vurur: "Mənə maraqlıdır ki, ötən ay Uorlik bildirmişdi ki, ATƏT-in Minsk qrupu çərçivəsində kənarda Qarabağ münaqişəsinin həlli yoxdur, lakin digər tərəfdən o bu çərçivədən kənarda görüş keçirir".
Əlavə olaraq, ekspert bildirib ki, konqresmen Frank Pallone 10 il öncə Cənubi Qafqazda ABŞ-ın İxrac-İdxal Bankı tərəfindən maliyyələşən dəmir yolu layihəsinə etirazını bildirib. 2006-cı ildə Pallone Azərbaycan və Türkiyəni Ermənistan, Azərbaycan və Türkiyəni birləşdirən dəmiryollarını bağladığı üçün pisləmişdi. Bununla bağlı Pallone bəyanat yaymışdı : " Yeni dəmiryolu çəkməyə ehtiyac yoxdur. Sizin etməli olduğunuz yeganə iş Türkiyə və Azərbaycan tərəfindən blokadaya alınmış sərhədləri açmaqdır. Türkiyənin Qars və Ermənistanın Gümrü ərazisi, yerli liderlər dəmiryolunun açılmasının və blokadanın sona çatmasının tərəfindədir. Yerli rəhbərlər ticarəti təşviq etmək üçün birgə işlədi. Lakin Ankarada türk hakimiyyəti buna qarşı çıxdı və yeni dəmiryolu layihəsini irəli sürməklə hər bir yolla bunun qarşısını aldılar".
Teys qeyd edib ki, bu aydındır ki, Pallonun fikirləri reallıqdan uzaqdır və Ermənistan tərəfindən davam edən zorakılığa dəstək verməklə həqiqəti təhrif edir.
O əlavə edib ki, Digər tərəfdən 2014-cü ilin aprelində ABŞ senatorları Mark Kirk və Robert Menendez "erməni soyqırımının" anılması ilə bağlı qətnamə təqdim etdi: " Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Ermənistanın beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycan ərazilərindən qoşunlarını çıxarmasını təmin etdikdən sonra mümkün olacaq".
Teys sonda qeyd edib ki, Ermənistan və Azərbaycanı cəlb edən, qlobal gücləri bir araya gətirən münaqişənin ədalətli, sülh yolu ,hərtərəfli həlli olmalıdır: Vaşinqtondakı son görüş də daxil olmaqla bu tip digər görüşlər böhranın sülh yolu ilə həllinə mane olur və Ermənistan tərəfindən təxribatların törədilməsi ilə nəticələnir".