Kreml Putinin bu gün Moskvada Əhməd əl-Şaraa ilə görüşəcəyini təsdiqləyib Dünya

Kreml Putinin bu gün Moskvada Əhməd əl-Şaraa ilə görüşəcəyini təsdiqləyib

Rusiya prezidenti Vladimir Putin bu gün Moskvada işgüzar səfərdə olacaq Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa ilə danışıqlar aparacaq.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kremldən bildirilib.

Qeyd olunub ki, dövlət başçıları ticarət-iqtisadi və humanitar sahələrdə ikitərəfli əlaqələrin hazırkı vəziyyətini və inkişaf perspektivlərini, həmçinin Yaxın Şərq gündəmini müzakirə edəcəklər.