PUA-ların dövriyyədə olmasına xüsusi icazə əsasında yol veriləcək
Azad edilmiş ərazilərdə ötən ay 788 mina, 2106 PHS aşkarlanıb
Avtonom nəqliyyat vasitələrinin hərəkətinə dair tələblər qoyulub, tanınma nişanı olacaq
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yeni vəzifələri müəyyənləşib
“İran Yəmən husilərini Səudiyyə Ərəbistanına qarşı aktivləşdirib”
15 Oktyabr 2025 11:46
17 290
“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mili-mənəvi dəyərlərin aşılanmasında məktəb və ailənin rolu" adlı layihəsi çərçivəsində ilk tədbirini Tərtər rayon, Rafiq Nuriyev adına 6 saylı tam orta məktəbdə keçirib.
Avrasiya.net xəbər verir ki, tədbir Azərbaycan dövlət himninin səslənməsi və ardınca şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra başlayıb. Daha sonra milli mənəvi dəyərlərimizin qorunması ilə bağlı 6 saylı məktəbin hazırladığı sosial çarx nümayiş olunub.
QHT sədri Könül Quliyeva tədbir iştirakçılarına layihə mövzusuyla bağlı məlumat verib.
Bildirib ki, milli-mənəvi dəyərlər cəmiyyətimizi ayaqda saxlayan, ictimai həmrəyliyi təmin edən əsas sütunlardır. Bu sütunlar nə qədər güclü olsa, biz bir o qədər yad təsirlərdən qorunarıq. Azərbaycan həmişə milli-mənəvi və bəşəri dəyərlərə ehtiram göstərən bir məkan olub. Odur ki, məqsədimiz hər kəsi milli-mənəvi dəyərlərin qorunmasında fəal olmağa çağırmaq, uşaqlarımızın, yeniyetmələrimizin və gənclərimizin milli ruhda tərbiyə olunmasına dəstək olmaqdır:
“Əsas hədəfimiz məktəb-ailə münasibətini gücləndirmək, təlim-tərbiyə prosesində yaranan boşluqları aradan qaldırmaqdır. Hər bir ailə, hər bir müəllim, hər bir vətəndaş bu məsuliyyəti dərk etməlidir. Çünki bu dəyərlər bizim milli varlığımızın, dövlətimizin sarsılmaz təməlidir. Gələcək nəsillərə təkcə maddi sərvət yox, həm də milli dəyərlər miras qalmalıdır”.
Daha sonra Rafiq Nuriyev adına 6 saylı tam orta məktəbin direktoru Rüfət İsmayılov, Tərtər rayon İcra hakimiyyətin başçısı aparatında Böyük məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komisyanın məsul katibi Rəvan Həsənov, Milli Mədəniyyətin Təbliği İB-nin sədri Jalə Cəfərova, psixoloq Dürdanə Quliyeva, Dil-ədəbiyyat müəllimi Lamiyə Abbaslı, 11-ci sinif şagirdi Röya Balakişiyeva, 10-cu sinif şagirdi Rahidə Həsənli mövzu ilə bağlı çıxışlar ediblər.
Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb, mövzu ilə bağlı səsləndirilən fikir və təkliflər sistemləşdirilib.






25 İyul 13:53
3 598
22 İyul 21:05
4 676
21 İyul 17:00
4 844