“Hətta radikal islamçılardan istifadə etməyə çalışdılar” Siyasət

“Hətta radikal islamçılardan istifadə etməyə çalışdılar”

Niyaməddin Orduxanlı: "Ancaq Azərbaycan xalqı Əli Kərimliyə dəstək vermədi"

Vasif Əfəndi: "Mitinqin azsaylı olması bu təşəbbüsün dəstəklənmədiyi anlamına gəldi"

Azər Verdiyev: "Sözügedən mitinq sadəcə bir şou idi"

Milli Şuranın mitinqlərini təşkil etməklə Əli Kərimli beynəlxalq təşkilatlardan aldığı maliyyə vəsaitini silmək niyyətindədir. Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı deyib. Niyaməddin Orduxanlı bildirib ki, əgər Əli Kərimli ümumi müxalifətin etiraz aksiyasını təşkil etmək niyyətində olsaydı, Müsavat Partiyasından bir gün öncəyə yenidən mitinq təşkil etməzdi: "Bu da onu göstərir ki, Əli Kərimli aldığı qrantlar hesabına layihə icra edir. Yəni, referendum öncəsi beynəlxalq təşkilatlardan aldığı bir neçə min dollarlıq qrant layihəsini icra etməklə məşğuldur. Əli Kərimli hər zaman öz şəxsi maraqları naminə bütün təbəqələrdən istifadə etməyə çalışıb. Bu mitinqdə də radikal islamçılardan istifadə etməyə cəhd etdi. Mitinqdə xüsusi vurğu ilə deyirdi ki, dindarlar da, ateistlər də bizi dəstəkləyir. Ancaq görünən isə o oldu ki, Azərbaycan xalqı Əli Kərimliyə dəstək vermədi, mitinqdə çox az sayda insan iştirak etdi ki, onlar da Əli Kərimlinin, Milli Şura üzvlərinin qohum əqrəbası idilər. Bu da onu göstərir ki, Əli Kərimlinin kim olduğunu Azərbaycan ictimaiyyəti çox yaxşı bilir".
Niyaməddin Orduxanlı əlavə edib ki, Əli Kərimli Azərbaycan siyasətinə xəyanəti gətirən bir insandır: "Eyni zamanda o, Azərbaycanda sosial şəbəkələrə saxtakarlığı gətirib. Saxta profillərlə insanları təhqir edir, təhdid edir, özünə tərəfdar toplamağa çalışır. Ona görə də Azərbaycan xalqı Əli Kərimliyə dəstək vermir".
Vəhdət Partiyası sədrinin ümumi əlaqələr üzrə müavini Vasif Əfəndi isə deyib ki, Referendumu yaxınlaşdıqca Azərbaycan ictimaiyyəti bu tədbirə daha diqqətli yanaşmağa başlayıb: "Azərbaycan Respublikası Konstitusiyasına təklif olunan dəyişikliklərə etiraz edən radikal müxalifət bu günlərdə öz etiraz mitinqlərini keçirdilər". Onun sözlərinə görə, bütün demokratik cəmiyyətlərdə olduğu kimi, müxalifətə çıxış etmək və etirazını bildirməklə yanaşı tərəfdar toplamaq haqqı verildi: "Ölkədə sərbəst toplaşmaq hüquqlarından yararlanan radikal müxalifət öz əks arqumentlərini bildirsələr də, mitinqin azsaylı olması bu təşəbbüsün dəstəklənmədiyi anlamına gəldi. Əgər Azərbaycan xalqının böyük çoxluğu bugünkü vəziyyətindən narazı olmuş olsaydı, o zaman hakimiyyətin yaratdığı sərbəst toplaşmaq haqqından istifadə edərək öz etrazlarını bildirərdilər. Əgər bu baş verməyibsə, demək Azərbayan xalqı referendumda təklif edilən dəyilşikliklərlə yanaşı ictimai, siyasi və iqtisadi durumla razıdır".
ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri, icmalçı Azər Verdiyev isə deyib ki, ölkədə beş milyon seçici var, onların 0.001 faizinin cəfəngiyyatı heç nəyi dəyişmir. O, bildirib ki, sözügedən mitinq sadəcə bir şou idi: "Əli Kərimli və onun dəstəsi hər zaman olduğu kimi yenə də şou göstərirlər. Mitinqdə dalğalanan bayraqlar, səsləndirilən şuarlar əslində sifarişin kimdən gəldiyini deməyə əsas verir. Bu mitinqdə toplananlar nə istədiklərinin belə fərqində deyildilər. Referenduma yox demək nə deməkdi? Referendum ümumxlaq səsverməsidir, referendum demokratik dəyərlərin ən alisidir, xalqın azad seçimi deməkdir. Demokratiya "çarçıları" xalqa aid bir proseduru necə baykot edə bilərlər? Bu bir daha onu götərir ki. Əli Kərimli və onun mitinqə toplaşan qohum əqrabaları olduqca radikal məqsədlərə xidmət edirlər. Onlar mitinqdə Avropa Şurasına aid bayraqlar dalğalandırır, ölkəmizin strateji maraqlarına aid heç bir təklif irəli sürə bilmirlər. Sanki robotlaşmış şəkildə ermənipərəst qrant sahiblərinin istəklərini yerinə yetirirlər. Bu həqiqətən biabırçılıqdı. Buna son qoymaq lazımdı".
Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, partiyanın icra katibinin müavini Siyavuş Novruzov deyib isə deyib ki, 11 sentyabrda Milli Şuranın mitinqinə qatılmış 2500-ə yaxın insanın hamısı onların tərəfdarları olmayıb.
O bildirib ki, Milli Şuranın 11 sentybardakı mitinqində yalnız 800 nəfər müxalifətçi olub:
"2500 nəfərin içində jurnalistlər, hüquq mühafizə orqanlarının əməkdşları və digər şəxlər də var idi. Əslində mitinqdə Milli Şuranın öz kontingenti 800 nəfərdən yuxarı olmayıb.
800 nəfərin içində olan qohum-əqrəbaları, pulla tutulmuş adamlar, yolunu azdırılmış insanlar 11 sentyabrda mitinqə toplanmışdılar".