“Erməniustanın KTMT-yə katiblik istəyinin reallaşmamasında Azərbaycan faktoru danılmazdır” Siyasət

“Erməniustanın KTMT-yə katiblik istəyinin reallaşmamasında Azərbaycan faktoru danılmazdır”

Arzu Nağıyev: "Quruma daxil olan ölkələr tam tərkibdə iclaslar keçirə bilmirlər"

"Ermənistanda yaxın zamanlarda vətəndaş müharibəsinin baş verəcəyi inandırıcı görünmür. İlk növbədə buna Rusiya imkan verməz. Çünki məlumdur ki, belə bir hadisə baş verərsə, Ruaiyanın Ermənistandakı 102 saylı hərbi bazası da bu münaqişəyə cəlb oluna bilər və bu da çox ağır nəticələrə gətirb çıxara bilər. Eyni zamanda qeyd etmək lazımdır ki, daxili gərginlik müəyyən bir siyasi imitasiyadır. Məqsəd də nəyin bahasına olursa-olsun Sərkisyan rejiminin saxlanmasıdır. Bununla da Dağlıq Qarabağda hazırki status-kvo saxlanılır". Bu fikirləri siyasi ekspert Arzu Nağıyev səsləndirib. O bildirib ki, əsas proseslər Birləşmiş Ştatlarda yeni seçilmiş Prezident Donald Trampın innaqurasiya mərasimindən sonra baş verə bilər: "Yəni, yeni dövlət katibi və onun aparacağı xarici siyasətin mahiyyətindən çox şey asılıdır. Eyni zamanda, Ermənistanda parlamentin və prezidentin səlahiyyətlərinin bölgüsü məsələsi də gündəmdədir və bu da maraqlı tərəflərin necə razılşmasından asılı olacaqdır. Bu gün Ermənistanda Qarabağ klanından olana, iqtidara qarşı narazılıqlar həqiqətən də artıb və qərbyönümlü siyasi qurumların da aktivliyi artır.Yəni nöbvbəti parlament seçkiləri yenə də Dağlıq Qarabağ münaqişəsindən öz xeyirlərinə istifadə etməklə aparılacaqdır".
Analitik vurğulayıb ki, Erməniustanın KTMT-yə katiblik istəyinin reallaşmamasında Azərbaycan faktoru danılmazdır: "Yəni KTMT-yə daxil olan ölkələrin öz aralarında problemlər var. Quruma daxil olan ölkələr tam tərkibdə iclaslar keçirə bilmirlər, dövlətlər arasında Suriya və digər ölkələrə birgə qoşun növlərinin çıxarılması məsələsində fikir ayrılığı yaşanır. Belarus tərəfi dəfələrlə bəyan edib ki, heç bir dövlətin ərazisində konfiliktə qarışmaq fikri yoxdur. Qazaxıstan və Belarus Azərbaycanla müharibə şəraitində yaşayan Ermənistanın KTMT-yə rəhbərlik etməsinə maraqlı deyil".
A.Nağıyev diqqətə çatdırıb ki, Ermənistan KTMT-nı öz maraqlarına alət etmək niyyətindədir: "Bu dövlətlər isə Ermənistana görə Azərbaycan kimi tərəfdaşı itirmək istəmirlər. Azərbaycan və Belarusu həm hərbi və həm də digər müqavilələr bağlayır. Belarus heç vaxt Ermənistanın KTMT-nın rəhbəri kimi fəaliyyət göstərməsinə razı ola bilməz. Bu, Azərbaycan-Belarus münasibətlərinə xələl gətirə bilər. Eyni zamanda Rusiyanın özü də Ermənistanın KTMT-yə rəhbərlik etməsində maraqlı deyil. Çünki, Rusiyanın bu təşkilatı qurmaqda məqsədi özünü hərtərəfli şəkildə qorumaqdır".
O həmçinin gələn il Dağlıq Qarabağ probleminin həlli istiqamətində irəliləyişlərin olub olmayacağından da danışıb: "Burada əsas məqam Rusiyanın öz xarici siyasətini necə qurmasından çox asılıdır. Dəfələrlə qeyd edildiyi kimi Rusiyanın bu gün regionda tam nüfuz sahibi olduğunu və ümumiyyətlə hər şeyə nəzarət etdiyini də demək olmaz. Çünki Rusiyanın atdığı hər bir addıma qarşı adekvat olaraq Avropa, Qərb və digər dövlətlər də öz addımlarını atırlar. Danmaq olmaz ki, Rusiya bütün münaqişələrin həllində özəl rol oynamağa çalışır və bunda da onun öz maraqları var. Hazırda keçmiş postsovet respublikalarında elə bir münaqişə yoxdur ki, SSRİ-in varisi olan Rusiyanın orada özəl iştirakı olmasın. Eyni zamanda qeyd etmək lazımdır ki, ATƏT-in Minsk qrupunun səyləri müsbət bir nəticə verməsə də, beynəlxalq ictimaiyyət artıq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir , beynəlxalq tribunalardan bu haqda deyilir, münaqişənin həll edilməsinin vacibliyinin məhz Ermənistana təzyiq göstərməklə həll edilməsində görür. Eyni zamanda bütün regional layihələrə təhdid kimi baxılan bu münaqişənin hərbi yolla həllini beynəlxalq qurumlar istəmir və daha döğrusu məlum aprel hadisələrinin təkrarlanacağından çəkinirlər və bilirlər ki, Azərbaycan öz ərazilərini işğalçılardan azad etməyə qadirdir. Düşünürəm ki, bütün bunlar nəzərə allınarsa münaqişənin həllində müsbət bir tendensiya yaranacaq".