Əkin torpaqlarında ağac və kolların götürülməsinə dair yeni qayda müəyyənləşib
“Anadolu Qartalı – 2026” beynəlxalq taktiki-uçuş təlimi başa çatıb - VİDEO
Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
Bəzi yerlərdə yağıntılı hava üç gün davam edəcək, dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
7 Noyabr 2025 16:46
4 732
Azərbaycanın kişi boksçulardan ibarət U-23 millisi Türkiyəyə yollanıb.
Boks Federasiyasının mətbuat xidməti xəbər verir ki, komanda noyabrın 17-dək təlim-məşq toplanışında olacaq.
Kastamonuda məşqçilər Yadigar Məmmədovla Elvin Məmişzadənin rəhbərliyi altında Sübhan Mamedov, Bilalhəbaşi Nəzərov (hər ikisi 50 kq), Amin Məmmədzadə (55 kq), Tağı Nəsibov (60 kq), Əli Abdullayev (65 kq), Nicat Əlirzayev (70 kq), Fərhad Şeydayev (75 kq) və Səbuhi Əlizadə (+90 kq) hazırlıq keçəcəklər.
Türkiyə millisi ilə birgə təşkil olunacaq növbəti toplanış U-23 Avropa çempionatına hazırlıq xarakteri daşıyır. Kastamonuda sınaq döyüşləri də planlaşdırılır.
Qeyd edək ki, U-23 Avropa çempionatı noyabrın 23-29-da Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq.
07:26
882
5 İyul 20:01
1 610
5 İyul 20:00
1 484