"ABŞ-Rusiya razılaşması gözlənilmədən pozuldu" Dünya

"ABŞ-Rusiya razılaşması gözlənilmədən pozuldu"

"Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparmış və bundan sonra Budapeştdə yeni görüş planlarının reallaşacağı gözlənilirdi. Lakin həmin razılaşma Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında baş tutan danışıqlardan sonra pozulub. ABŞ mediasının məlumatına görə, Rubio bu danışıqlardan sonra Rusiyanın barışmaz mövqe tutduğunu açıqlayıb".

Politoloq Elman Vəliyev XalqCəbhəsi.az-a açıqlamasında söyləyib.

Lavrov–Rubio danışıqları Vaşinqton-Moskva münasibətlərində son illərin ən ciddi dönüş nöqtələrindən birinə çevrildi: “Trampın Putinə münasibətdə nisbətən yumşaq xətt aparmaq istəyi əslində müəyyən iqtisadi və siyasi maraqlardan irəli gəlirdi. Lakin Rubionun sərt mövqeyi və Rusiyanın kompromisə getməməsi bu balansı pozdu. Nəticədə Tramp administrasiyası Lukoyl və Rosneft kimi iri rus şirkətlərinə qarşı ilk sanksiyaları tətbiq etmək qərarına gəldi. ABŞ-da daxili siyasi amillər, xüsusilə Respublikaçılar Partiyasının daxilində Rusiyaya münasibətdə sərt kurs tərəfdarlarının təzyiqi Trampı bu addımı atmağa məcbur edib.Rubionun açıqlaması Vaşinqtonun Moskva ilə münasibətlərinə yeni soyuq müharibə tonunu qaytardı. Bu hadisə həm də göstərdi ki, ABŞ-Rusiya münasibətlərində şəxsi simpatiyalar deyil, institusional və strateji maraqlar həlledici rol oynayır."

Günel Elxan