“Ermənistan müharibədən bu qədər qorxursa...” Siyasət

“Ermənistan müharibədən bu qədər qorxursa...”

Ermənistan müharibədən və artan itkilərdən bu qədər qorxursa, girovlarımızı geri qaytarmaqla ən azı bu il özünü mümkün təhlükələrdən sığortalamış olar.
Bu sözləri Ermənistan hakimiyyətinin Dağlıq Qarabağda girov saxladığı iki azərbaycanlını və hərbçimizin nəşini hələ də geri qaytarmaması ilə bağlı danışan politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçinin fikrincə, İrəvanın bu addımı atmamasının iki fərqli səbəb ola bilər:
"Axı rəsmi İrəvan belə bir addım atarsa, bu, cəbhə bölgəsindəki gərginliyi nisbətən azaldar. Ermənistan müharibədən və artan itkilərdən bu qədər qorxursa, girovlarımızı geri qaytarmaqla ən azı bu il özünü mümkün təhlükələrdən sığortalamış olar, eyni zamanda, İrəvanın bu addımı beynəlxalq aləmdə müsbət qarşılanardı. Onda İrəvan niyə bu addımı atmır?
Birincisi, ermənilərin Rusiyadakı havadarları buna imkan vermir.
İkincisi, Ermənistanın separatçı hakimiyyəti girovlarımızı geri qaytarmamaqla cəbhə bölgəsindəki vəziyyətin getdikcə gərginləşməsinə rəvac verir və bununla Rusiya ilə Azərbaycan arasındakı mövqe haçalanmasını daha da dərinləşdirməyə çalışır".