“Dövlət idarəçiliyinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək” Siyasət

“Dövlət idarəçiliyinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək”

Azərbaycanın dövlət idarəçiliyində qadınların da yüksək səviyyədə iştirak etməsi demokratik dövlət quruculuğunun mühüm göstəricisidir.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli deyib.
İ.Həbibbəyli Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsini çox mühüm hadisə hesab edir.
O qeyd edib ki, Mehriban Əliyevanın bu vəzifəyə təyin edilməsi müstəqil Azərbaycan dövlətinin daha da möhkəmlənməsi, inkişaf etməsi istiqamətində olduqca əhəmiyyətli addımdır.
Akademik bildirib ki, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunması dövlət idarəçiliyinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək.