Fransa artıq ermənipərəst dövlət deyil? Siyasət

Fransa artıq ermənipərəst dövlət deyil?

Mübariz Əhmədoğlu: "Onlar artıq Ermənistanı tanıyıblar"


"Fransua Ollandın prezidentliyi dövründə Azərbaycanla münasibətlər yeni keyfiyyət mərhələsinə qaldırıldı". Bunu politoloq Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, bu gün artıq faktdır ki, Azərbaycan Prezidentinin gördüyü işlər nəticəsində Fransa artıq ermənipərəst dövlət deyil: "Eyni zamanda bu işdə birinci vitse-prezident Mehriban Əliyevanın da böyük rolu var. Mehriban xanım parlamentdə Azərbaycan-Fransa Dostluq Qrupuna rəhbərlik edib, Fransa ilə əlaqələri parlament, ictimaiyyət səviyyəsində Mehriban xanım həyata keçirib. Ona görə də iki istiqamətdə aparılan iş real effekt verib və bu gün Fransa əvvəlki kimi ermənipərəst dövlət deyil".
Politoloq Fransanın ermənipərəst mövqedən uzaqlaşmasının səbəblərinə də toxunub: "Ollandın dövründə ordakı ermənilər casus adlandırıldı. Həmçinin, Fransa qondarma "erməni soyqırımının" kriminallaşmasl ilə bağlı qanunu heçə endirdi, Azərbaycan rəhbərliyi bu işdə çox böyük iş gördü. Olland 2014-cü ildə Parisdə Dağlıq Qarabağa dair prezidentlərin üçtərəfli formatda görüşünü təşkil etdi. Bu görüş çox yüksək səviyyədə həyata keçirildi. Paris görüşündə itkin düşənlərin siyahısının dəqiqləşməsi məsələsi razılaşdırıldı və bu, birgə bəyanatda da qey edildi. Ermənistan bu məsələni qətiyyən yaxına buraxmırdı. Çünki bunun üçün Qarabağdan olan bir qrup azərbaycanlı həmin ərazilərə qayıdıb ordakı məzarların yerini müəyyənləşdirməli, eləcə DNT analizi keçirlməli idi. Bu analiz keçirləndə isə bəlli olacaqdı ki, ordakıların çoxu azərbaycanlılardır. Bununla da erməni yalanı ifşa olunacaqdı. Ona görə də Sarkisyan Ollandın bu təklifini rədd etdi. Qondarma qurumda fevralın 20-də keçirilən "referenduma" Fransa hökuməti "müşahidəçi" kimi gəlmək istəyən erməni lobbi qrupunun rəhbəri, deputat Fransua Roşbulanı buraxmadı. Əvəzində Fransa senatorları Azərbaycanın Prezidentinin Parisə səfərindən bir neçə gün öncə Bakıya gəldilər, həmçinin Cocuq Mərcanlıya baş çəkdilər".
M.Əhmədoğlu əlavə edib ki, Fransua Olland Azərbaycan Prezidenti ilə görüşdə mətbuata açıqlama zamanı satus-kvonun qəbuledilməz olduğunu və bundan pis heç nəyi ola bilmədiyini vurğuladı: "Olland münaqişənin tənzimlənməsi parametrlərinin bəlli olduğunu bildirdi. Ermənistan gah Vyana, gah Sankt-Peterburq görüşlərindən danışır, Olland isə bəyan etdi ki, 2009-cu ildə yenilənmiş Madrid prinsipləri qəbul edilib və ora nizamlanmanın yolları öz əlsini tapıb. Bu, Ollandın Sarkisyana kəskin cavabıdır. Elədə açıq şəkildə bəyan etdi ki, Sarkisyan Parisdə növbəti üçtərəfli formatda görüşdən imtina edib. Hesab edirəm ki, Ollandın dövründə Fransanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində apardığı siyasət çox normal siyasət olub və ən əsası Fransa erməniləri tanıyıb".