“Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda vətəndaş cəmiyyətinin rolu” Siyasət

“Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda vətəndaş cəmiyyətinin rolu”

Bakıda bu mövzuda konfransı keçirilib

Dünən Bakıda "Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda vətəndaş cəmiyyətinin rolu" adlı konfrans keçirilib.
Konfransda Baş nazirin müavini, Azərbaycan Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili Elmira Süleymanova, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, vətəndaş cəmiyyəti nümayəndələri və xarici qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ə.Əhmədov Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf məqsədləri Proqramına qoşulmasının məqsədlərindən danışıb. O qeyd edib ki, Azərbaycan bu proqrama qoulmaqla ölkə əhalisinin həyat şəraitini daha da yaxılaşdırmaq niyyətindədir.
Daha sonra çıxış edən E.Süleymanova bildirib ki, Azərbaycan sosial və iqtisadi inkişaf sahəsində böyük uğurlar əldə edib:
"İnsan haqları da Azrbaycanda böyük inkişaf yolu keçib, bu istiqamətdə ardıcıl, sistemli iş aparılıb. Bunların hamısının məqsədi insanlar üçün Azərbaycanda daha rahat və yüksək həyat şəraiti təmin etmək olub. Azərbaycan çoxsaylı beynəlxalq konvensiyalara, sənədlərə qoşulub. Azərbaycanda insan hüquqlarının səmərəliliyinin artırılmasında müvafiq işlər aparılır".
E.Süleymanova bildirib ki, Azərbaycanın BMT-nin bu proqramına qoşulması insanların həyat şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edəcək:
"Burada vətəndaş cəmiyyətinin rolu da xüsusi qeyd edilməlidir. Buna görə də qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün daha yaxşı şərait yaradılmalıdır. Biz vətəndaş cəmiyyəti təşkilatları ilə sıx əməkdaşlıq edirik və bundan sonra da bu əməkdaşlıq davam edəcək".
Konfransda çıxış edən A.Quliyev bildirib ki, Azərbaycanda vətəndaş cəmiyəti institutları kifayət qədər inkişaf edib. O qeyd edib ki, Azərbaycan QHT-ləri beynəlxalq səviyyətə proqramların həyata keçirilməsində də geniş təcrübəyə malikdirlır:
"Bu gün haqqında danışdığımız proqramın həyata keçirilməsi də mütləq şəkildə vətəndaş cəmiyyəti seqmetinin iştirakını vacib edir. Bu baxımdan çox sevindirici haldır ki, dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün cəmiyyətinin bütün komponentləri bu proqramın icarına dəvət olunur. Əvvəlki təcrübədə olduğu kimi bü gün müzakirə etdiyimiz proqramı icra etmək üçün Azərbaycan ciddi naliyyətlər əldə edəcək".
A.Quliyev vurğulayıb ki, Azərbaycan QHT-ləri bu proqramın hazırlanmasında, icrasında, monitorinqinin həyata keçirilməsində yaxında iştirak edə bilərlər:
"Azərbaycanda QHT-lər əvvəl icra olunan proqramlarda bu cür faliyyət həyata keçiriblər. Bu cür proqramlar ümumilli bir təşəbbüsdür və orada cəmyyətin bütün seqmüntləri iştirak etməlidir. QHT-lərə yaradılan şərait imkan verir ki, onlar da bu proqramın reallaşmasında digər müvafiq qurumlarla çiyin-çiyinə çalışsınlar. Bu gün Azərbaycanda dörd mindən çox qeyri-kommersiya təşkilatı fəaliyyət göstərir. Bu çox böyük rəqəmdir. Bu baxımdan QHT-lər də bu proqramın icrasına mühüm töhfə verə bilər".
Daha sonra bir sıra QHT-lər Dayanıqlı İnkişaf Məqsədləri Proqramının həyata keçirilməsində QHT-lərin rolu barədə təqdimatlar keçiriblər. Tədbir müzakirələrlə davam etdirilib.