Prezident İlham Əliyev Pirallahıda yeni körpünün açılışında iştirak edib Siyasət

Prezident İlham Əliyev Pirallahıda yeni körpünün açılışında iştirak edib

Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Pirallahı rayonunda yeni körpünün açılışında iştirak ediblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirallahı körpüsü və yanaşma yollarında görülən işləri əks etdirən stendə baxıblar.
"Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına məlumat verib ki, dəniz dalğaları Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil yolunu yuyub sıradan çıxarmasının qarşısını almaq üçün adanı sahillə birləşdirən yeni müasir körpü inşa edilib. Layihənin icrası nəticəsində gəmilərin körpünün altından sərbəst hərəkəti təmin olunub. Yeni körpü Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrində yerləşir. Körpünün uzunluğu 422, eni 14, hərəkət zolağının eni isə 12 metrdir.
Dövlət başçısı yeni körpünün rəmzi açılışını bildirən lenti kəsib.
Sonda xatirə şəkli çəkdirilib.