Kurtua “Real Madrid”in heyətinə qayıtdı İdman

Kurtua “Real Madrid”in heyətinə qayıtdı

La Liqa təmsilçilərindən “Real Madrid”in qapıçısı Tibo Kurtua komandanın heyətinə qayıdıb.

AS xəbər verir ki, belçikalı qolkiper İspaniya çempionatının 11-ci turunda “Rasinq”lə keçiriləcək matçda meydana çıxa bilər.

34 yaşlı qapıçı qrip səbəbindən ötən həftəsonu “Barselona” ilə keçirilən “El Klasiko”nu buraxıb.

Həmin qarşılaşmada “Real Madrid” səfərdə rəqibini 2:1 hesabı ilə məğlub edib. Komandanın qapısını ukraynalı Andrey Lunin qoruyub.

Qeyd edək ki, “Rasinq” – “Real Madrid” oyunu noyabrın 1-də keçiriləcək.