Azərbaycandan göndərilən 1,5 milyon dollarlıq enerji avadanlığı Ukraynaya təhvil verilib Siyasət

Azərbaycandan göndərilən 1,5 milyon dollarlıq enerji avadanlığı Ukraynaya təhvil verilib

Azərbaycanın Ukraynaya humanitar yardım çərçivəsində göndərdiyi, ümumi dəyəri 1,5 milyon ABŞ dolları olan enerji avadanlıqları Ukraynanın Energetika Nazirliyinə təhvil verilib.

Bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev məlumat yayıb.

Bildirilib ki, avadanlıqlar Azərbaycan Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq humanitar yardım çərçivəsində göndərilib.

Yardım çərçivəsində Ukraynaya 9 transformator, 186 kilometr kabel və 12 kV-luq paylayıcı qurğular təqdim olunub.

Avadanlıqlar Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən Ukraynanın Energetika Nazirliyinə təhvil verilib.

Azərbaycandan göndərilən 1,5 milyon dollarlıq enerji avadanlığı Ukraynaya təhvil verilib