Azərbaycandan göndərilən 1,5 milyon dollarlıq enerji avadanlığı Ukraynaya təhvil verilib
Makron Fransadakı etirazları İrandakı müharibə və yanacaq böhranı ilə əlaqələndirib
Cənubi Koreya və ABŞ "Iron Mace" nüvə-döyüş təlimləri keçirib
Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini dövlətçiliyin əleyhinə hesab edir
Türkiyə XİN: Məkkə Müdafiə Paktı NATO modeli ilə genişlənə bilər
13:41
903
Türk Dövlətləri Təşkilatının Ankarada keçiriləcək Zirvə görüşündə bütün dünyaya Türk dövlətlərinin dostluq və qardaşlığı bir daha nümayiş olunacaq.
Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib.
"Müəyyən məsələlərdə türk dövlətləri arasında fikir ayrılığı olsa da, bu, birliyin fundamental xəttini təşkil edən məsələlərdə önəmli yer tutmur. Məqsəd və məramlar əvvəlki kimi öz yerindədir və bu istiqamətdə mühüm addımlar atılır. Gələcəyə hansı yolla getməyimiz üçün Türk dövlətləri öz yollarını təklif edirlər. Bu, təbiidir. Müzakirə edilməsi vacib olan məsələlər həddindən artıq çoxdur. Hesab edirəm ki, bu müzakirələr sonunda ortaq yol seçiləcək və Türk dünyası öz gələcəyini bu plan üzərində quracaq".
Cavid