Cənubi Koreya və ABŞ "Iron Mace" nüvə-döyüş təlimləri keçirib Dünya

Cənubi Koreya və ABŞ "Iron Mace" nüvə-döyüş təlimləri keçirib

Koreya Respublikası (KR) və Birləşmiş Ştatlar ABŞ-ın nüvə qüvvələri ilə KR ordusunun arsenallarındakı adi silahların birgə tətbiqi planlarının işlənib hazırlanması məqsədilə "Iron Mace" ("Dəmir gürz") komandanlıq-qərargah təlimləri keçirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Məlumata görə, "Iron Mace" təlimlərinin məqsədi "ABŞ-ın nüvə vasitələri ilə adi silahlardan istifadə edən KR ordusunun inteqrasiyası", habelə Koreya Respublikası Silahlı Qüvvələrinin Amerikaya məxsus "genişləndirilmiş çəkindirmə vasitələrinə" dəstək əməliyyatlarının planlaşdırılmasından ibarətdir.

Oktaybrın 19-dan 30-dək Koreya Respublikası Silahlı Qüvvələri illik irimiqyaslı "Hoguk" təlimlərini keçirir. Xüsusilə, hərbçilər çay keçidi tapşırıqlarını icra edib, KR Dəniz Piyadaları Korpusu isə Sarı dənizdəki sərhəd adalarında məşqlər aparıb. Koreya yarımadasında miqyaslı münaqişə ssenarisi üzrə düşmənin artilleriyasına qarşı müqavimət təlimləri keçirilib. Həmçinin Koreya Respublikası və ABŞ Hərbi Hava Qüvvələri birgə məşqlər təşkil edib.

Məryəm Quliyeva