13:19
399
Azərbaycanın Daşkənddəki səfiri Rəşad Məmmədov Özbəkistan Ali Məhkəməsinin sədri Robaxon Mahmudova ilə görüşüb.
Bu barədə Rəşad Məmmədov sosial media hesabında paylaşım edib.
O bildirib ki, görüşdə Azərbaycan və Özbəkistan arasında qardaşlıq münasibətləri, xalqlar arasında dostluğun möhkəmləndirilməsi, həmçinin məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsi imkanları müzakirə olunub.
Görüşdən sonra Rəşad Məmmədov Özbəkistan Ali Məhkəməsinin Tarix Muzeyini ziyarət edərək ölkənin məhkəmə sisteminin tarixi ilə tanış olub.