Türkiyə XİN: Məkkə Müdafiə Paktı NATO modeli ilə genişlənə bilər Dünya

Türkiyə XİN: Məkkə Müdafiə Paktı NATO modeli ilə genişlənə bilər

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında bağlanan Məkkə birgə müdafiə sazişi genişlənmək üçün açıqdır.

Xalqcebhesi.az -ın xəbərinə görə, Türkiyə xarici işlər nazirinin müavini Levent Gümrükçü bildirib ki, bu proses NATO-ya yeni üzvlərin qəbul edilməsi proseduruna bənzər şəkildə onların istəyi ilə həyata keçirilə bilər.

"Bu saziş yeni üzvlərin qəbulu üçün açıqdır. Yaxın gələcəkdə alyansın genişlənməsi planlaşdırılır. Bu, NATO-ya üzvlüq proseduruna analoji olaraq üç ölkənin qərarı ilə reallaşdırıla bilər. Türkiyədə, NATO ölkələrində olduğu kimi, bu məsələ parlamentin təsdiqinə çıxarılacaq", - deyə diplomatın sözlərini "Oksijen" qəzeti sitat gətirir.

O cümlədən, onun sözlərinə görə, Məkkə paktı heç kimə qarşı yönəlməyib, buna görə də onun yaradılması haqqında sazişdə ümumi və ya müəyyən edilmiş təhlükə anlayışı yoxdur.

Məkkə sazişinin ratifikasiyası haqqında qanun layihəsi bu həftə parlamentin xarici əlaqələr komissiyasından keçib, indi isə qanunverici orqanın baş assambleyasında bütövlükdə bəyənilməlidir.

Məryəm Quliyeva