Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyəti Rusiya Federal Məclisinə müraciət edib Siyasət

Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyəti Rusiya Federal Məclisinə  müraciət edib

Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyəti Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi ilə bağlı Rusiya Federal Məclisinə müraciət edib. Bu barədə "Xalq Cəbhəsi"nə Diaporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.Müraciətdə bildirilir ki, Azərbaycan və Rusiya arasında müxtəlif sahələr üzə uzun tarixə malik yaxın əlaqələr mövcuddur. Bu əlaqələr tək iqtisadi maraqlara deyil, həm də mənəvi və mədəni bağlara əsaslanır. Lakin bu münasibətləri qəbul etməyən qüvvələr - ermənilər daim xalqlarımız arasındakı dostluq əlaqələrinin inkişafına mane olmağa çalışıblar.
"Ölkələrimiz arasındakı qarşılıqlı dostluq münasibətləri strateji əməkdaşlıq səviyyəsinə qədər yüksəlib. Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyev ölkədə rus icmasınınhüquqlarının, mədəni irsinin, rus dilinin, rus təşkilatlarının müdafiəsi üçün çox vacib addımlar atıb. Azərbaycanın ən böyük diaspor təşkilatının qeydiyyatının ləğvi multikultural və çoxmillətli Rusiya cəmiyyətinin xarakterinə ziddir. Bu təşkilatda təmsil olunan azərbaycanlılar Rusiya Federasiyasının vətəndaşlarıdır. Bu təşkilat həm də sizin təşkilatdır".
Bəyanatda daha sonra deyilir ki, ÜAKümummilli lider Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Putinin dəstəyi ilə yaradılıb və qeydiyyatın ləğvi iki ölkə arasındakı əlaqələrə mənfi təsir göstərə bilər. Şimali Kiprdəki Azərbaycan diasporu ümid edir ki, iki xalqın dostluq və qardaşlıq münasibətlərinə kölgə sala biləcək bu qərara yenidən baxılacaq və ədalətli addım atılacaq.