24 Sentyabr 18:13
24 Sentyabr 16:44
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Bu gün paytaxtın bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Fransa Səudiyyə Ərəbistanına hərbçilər və HHM sistemləri göndərəcək
08:58
371
Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ Prezidenti Donald Tramp ilə keçirdiyi danışıqları səmimi və dərin adlandırıb.
Xalqcebhesi.az xəbər verir ki, onun sözlərinə görə, tərəflər bir çox məsələlər üzrə qarşılıqlı anlayışa nail olublar.
"Biz bir çox yeni konsensuslar əldə etdik, Çin və ABŞ arasında konstruktiv və sabit strateji münasibətlərin məzmununu zənginləşdirdik və münasibətlərə yeni strateji istiqamətlər verdik", - deyə "USA Today" nəşri ÇXR sədrinin Ağ Evdəki təntənəli şam yeməyindən əvvəlki cıxışından sitat gətirir.
Si Cinpin sentyabrın 23-də üçgünlük dövlət səfəri ilə ABŞ-yə gəlib. Sentyabrın 24-də siyasətçilər danışıqlar aparıblar. "Xinhua" agentliyinin məlumatına görə, tərəflər digər məsələlərlə yanaşı, Ukrayna, Yaxın Şərq və Koreya yarımadasındakı vəziyyəti də müzakirə ediblər. Donald Tramp özü ÇXR sədri ilə görüşün əla keçdiyini bildirib.
Məryəm Quliyeva