24 Sentyabr 18:13
24 Sentyabr 16:44
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Bu gün paytaxtın bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Fransa Səudiyyə Ərəbistanına hərbçilər və HHM sistemləri göndərəcək
08:41
329
Tehran ABŞ ilə razılaşma əldə olunacağı təqdirdə 60%-dək zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməyə hazırdır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkiyan bəyan edib.
"Bəli. Beynəlxalq hüquq çərçivəsində və Nüvə Silahlarının Yayılmaması Haqqında Müqaviləyə əsasən, biz normaların bizdən tələb etdiyi hər şeyə əməl edəcəyik. Biz danışıqlar aparırdıq və bu materialın ehtiyatlarını əhəmiyyətli dərəcədə seyrəltməyə hazır idik", - deyə İran prezidenti "Fox News" aparıcısının müvafiq sualına cavabında bildirib.
O, həmçinin bəyan edib ki, İran heç vaxt nüvə bombası yaratmağa can atmayıb.
"Qətiyyən xeyr. Şəhid olmuş möhtərəm ali rəhbərimizin də dəfələrlə bəyan etdiyi kimi, bu, dini göstərişlərə ziddir. Kütləvi qırğın silahına malik olmaq qanunsuzdur", - deyə İran prezidenti qeyd edib.
Məryəm Quliyeva
24 Sentyabr 19:21
861
24 Sentyabr 18:13
889
24 Sentyabr 16:44
1 337