16:44
469
"10 il ərzində 2 yeni qızıl yatağının kəşf edilməsi, 4 qızıl mədəninin və 1 regional sənaye kompleksinin istifadəyə verilməsi, eləcə də yeni fəaliyyət istiqamətlərinin formalaşdırılması ilə “AzerGold” QSC hasilat, istehsal və gəlir imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib".
"APA-Economics" xəbər verir ki, bunu "AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov mətbuat brifinqi zamanı bildirib.
"Şirkətin bu dövr ərzində həyata keçirdiyi fəaliyyət nəticəsində cari ilin avqust ayınadək ölkə iqtisadiyyatına 2,2 milyard manat gəlir, dövlət büdcəsinə isə 316,3 milyon manat vergi ödənişi təmin edilib", - sədr qeyd edib.
Onun sözlərinə görə, bu göstəricilər ölkənin qeyri-neft sənayesinin inkişafına, ixrac potensialının artırılmasına və dövlət gəlirlərinin formalaşmasına verilən töhfəni əks etdirir.
16:48
385
16:46
413
16:45
385