24 Sentyabr 18:13
24 Sentyabr 16:44
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Bu gün paytaxtın bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Fransa Səudiyyə Ərəbistanına hərbçilər və HHM sistemləri göndərəcək
08:52
364
İsrailin Baş naziri Binyamin Netanyahu BMT Baş Assambleyasının iclasına peycer gətirərək, Livanın şiə "Hizbullah" təşkilatının rəhbərliyinə qarşı keçirilən əməliyyatı xatırlatmaq üçün onu kürsüdən zalda olanlara nümayiş etdirib.
Xalqcebhesi.az xəbər verir ki, çıxışı zamanı "Peycerlər yadınızdadır? Sizə deyə bilərəm ki, "Hizbullah" onları dəqiq xatırlayır", - deyə o bəyan edib.
Netanyahunun çıxışından əvvəl bir neçə nümayəndə heyəti İsrailin Qəzza zolağındakı hərəkətlərinə etiraz olaraq zalı tərk edib.
17 və 18 sentyabr 2024-cü il tarixlərində Livanda rabitə qurğularının bir sıra partlayışları baş verib. Birinci gün ölkənin müxtəlif bölgələrində çoxlu sayda peycer demək olar ki, eyni vaxtda partlayıb. Livan Səhiyyə Nazirliyinin məlumatına görə, bu partlayışlar nəticəsində 2-si uşaq olmaqla 12 nəfər həlak olub, 2,8 minə yaxın insan yaralanıb.
Məryəm Quliyeva