17:50
455
NATO müttəfiqləri, o cümlədən ABŞ, münaqişənin tənzimlənəcəyi təqdirdə Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə alyansın Baş katibi Mark Rütte bəyan edib.
O qeyd edib ki, alyansa üzvlük barədə yekun qərar Ukraynanın özünə məxsusdur. "Lakin müttəfiqlər, o cümlədən ABŞ, zəruri təhlükəsizlik zəmanətlərini təqdim etməyə hazırdır. Yanvar ayında Parisdə Fransa Prezidenti Emmanuel Makronun rəhbərliyi ilə zəmanətlər paketini razılaşdırmışıq", - deyə o, Nyu-Yorkda keçirilən və NATO-nun sosial şəbəkələrində canlı yayımlanan tədbirdə bildirib.
Rüttenin sözlərinə görə, "sülh sazişi" bağlanacağı təqdirdə zəmanət verən bütün tərəflər "kimin nəyə cavabdeh olduğunu" dəqiq biləcəklər.
Məryəm Quliyeva