24 Sentyabr 18:13
24 Sentyabr 16:44
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Bu gün paytaxtın bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Fransa Səudiyyə Ərəbistanına hərbçilər və HHM sistemləri göndərəcək
08:36
378
Tehran Vaşinqtonla iyun ayında imzalanmış sazişə əməl etməyə və tənzimlənmə yolu ilə irəliləməyə hazırdır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkiyan bəyan edib.
"Biz sizin prezidentinizlə razılaşma əldə etdik, o imzalandı. Və buna əsaslanaraq, biz irəli getməyə hazırıq və hələ də bunu arzulayırıq. Çərçivə razılaşdırılıb", - deyə Pezeşkiyan "Fox News" telekanalına müsahibəsində bildirib.
O vurğulayıb ki, münaqişəni başlayan taraf Tehran olmayıb.
"Biz müharibəni seçmədik. Müharibə bizə məcburi şəkildə edilib. Biz müharibəyə can atmırıq", - deyə İran prezidenti əmin edib.
Pezeşkiyanın sözlərinə görə, əksinə, Tehran hələ də Vaşinqtonla razılığa gəlməyə çalışır.
"Biz bunu davam etdirmək istəmirik. Amerika bu müharibəni bitirmək istəyib-istəmədiyini seçməlidir", - deyə o, İran və ABŞ arasındakı münaqişənin bu ilin sonuna qədər başa çatıb-çatmayacağı ilə bağlı sualı cavablandırarkən bildirib. Onun sözlərinə görə, Tehran "müharibə axtarmayıb və axtarmır", lakin özünü qətiyyətlə müdafiə edəcək.
O vurğulayıb ki, "insanlar bir-birini öldürməməlidir və problemləri dialoq yolu ilə həll edə bilərlər".
Məryəm Quliyeva