“Həmin variant Lavrovun planı kimi Azərbaycanı qətiyyən qane etmir” Siyasət

“Həmin variant Lavrovun planı kimi Azərbaycanı qətiyyən qane etmir”

Ermənistan və Azərbaycan xarici işlər nazirləri Edvard Nalbandyan və Elmar Məmmədyarov sentyabrın 23-də Nyu-Yorkda görüşəcək. Bu barədə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan "Amerikanın səsi" radosuna müsahibəsində bildirib. "Görüşdə əsasən prezidentlərin mümkün görüşünün təşkili müzakirə ediləcək. Həmçinin ATƏT-in Minsk qrupu həmsədrlərin regiona səfəri barədə də fikir mübadiləsi aparılacaq", deyə o bildirib.
Görüşü şərh edən politoloq Tofiq Abbasov deyib ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutsa, Azərbaycanın işğal edilmiş 5 rayonun qaytarılması ilə bağlı danışıqların gündəmdə olacağına inanmıram. Politoloq hesab edir ki, həmin variant Lavrovun planı kimi Azərbaycanı qətiyyən qane etmir: "Çünki onun muəmmaları var. Əvvəla, rəsmi Bakı bildirir ki, problemin həllində aydın plan və ardıcıllıq mütləq şəkildə təmin olunmalıdır. İşçi qaydada işlənmiş gündəlik və onun işığında konkret məqamlar ətrafında müzakirələr aparılmalıdır. Ermənistan Bakının bu təklifinə aydın cavab vermədən prosesi qeyri-müəyyənlik sahəsinə yönəldir. Buna görə də siyasi prosesdə ciddi boşluqlar yaranır". T.Abbasov deyib ki, həmin 5 rayon variantını ermənilər Sergey Lavrovun köməyi ilə həm də mübahisəli bölgənin statusunun müəyyənləşməsini tələb edirlər ki, bu da Azərbaycan üçün məqbul sayıla bilməz.

Əli