17:49
441.jpg)
Yəməndəki "Ənsar Allah" hərəkatının husi qiyamçıları Səudiyyə Ərəbistanının cənubunda iki hərbi-nəqliyyat təyyarəsinə ballistik raketlərlə zərbə endirdiklərini bəyan ediblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə qiyamçıların hərbi nümayəndəsi Yəhya Saria məlumat yayıb.
Sarianın Telegram kanalında dərc olunan bəyanatına görə, hücumların biri Nəcran şəhərinin hava limanına, digəri isə Xamis-Muşeyt şəhərindəki avtobazaya qarşı həyata keçirilib. Husilər hər iki əməliyyatın uğurla başa çatdığını iddia edirlər.
Məryəm Quliyeva