İranla döyüşlərdə ABŞ 6 milyardlıq texnika itirib Dünya

İranla döyüşlərdə ABŞ 6 milyardlıq texnika itirib

İranla münaqişə zamanı itirilən hərbi texnikanın əvəzlənməsi üçün Pentaqona 6 milyard dollardan çox vəsait lazım olacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Reuters" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, söhbət həm də itirilmiş uçuş aparatlarının, o cümlədən bahalı kəşfiyyat və zərbə pilotsuz uçuş aparatlarının (PUA) yenilənməsindən gedir.

Zaman etibarilə bundan əvvəl "The Hill" qəzeti ABŞ-ın İrana qarşı hərbi əməliyyat keçirmək xərclərinin 47 milyard dollara çatdığını bildirmişdi.

Məryəm Quliyeva