İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Baş Prokuror: Azərbaycan korrupsiyaya qarşı mübarizə üzrə Məkkə konvensiyasına qoşulacaq
Kamran Əliyev: Ölkəmiz korrupsiyanın qarşısının alınmasına xüsusi diqqət yetirir
09:57
490
Fransadakı etiraz dalğası fonunda Belçika, İtaliya və Albaniyada da hökumət əleyhinə nümayişlər və toqquşmalar qeydə alınıb.
Növzu ilə bağlı xalqcebhesi. az-a danışan politoloq Elşən Manafov deyib ki, Avropa ölkələrində son vaxtlar yaşanan sosial etiraz aksiyaları (Fransada sarı jiletlilər, İtaliyada "17 oktyabr hərəkatı", Portuqaliyada "Əl çatan mənzillər", İspaniyada etiraz aksiyaları, Belçikada anonim sosial şəbəkələr vasitəsilə vətəndaşları etiraz aksiyalarına çıxmağa yönəli şağırışlar və s) bu ölkələrdə sosial problemlərin kəskinləşməsi ilə bağlı olmaları ilə yanaşı geosiyasi məzmun və çalarlara malikdirlər.
Onların hamısı bu və ya digər şəkildə ABŞ və Böyük Britaniya tərəfindən yönəldilirlər və bu zaman tərəflər ortaq olmaqla yanaşı, fərqli maraqlara da malikdirlər:
"Əgər Trampın idarə etdiyi Ağ ev Avropada qlobalistlərin zəifləməsində və iqtidardan getməsində, onların ümumavropa problemlərinə təsir imkanlarının məhdudlaşdırılmasında maraqlıdırsa,vBritaniya əksinə qlobalistlər vasitəsilə Avropaya təzyiq imkanlarının saxlanılmasında və eyni zamanda qlobalistlərin ABŞ qanadı olan demokratların Ağ evdə iqtidara qayıtmalarına çalışır. Bununla belə hər iki tərəf Avropada ifrat sağçı qüvvələrin, profaşistlərin hakimiyyətə gəlmələri üçün əlveriişli sosial şəraitin yaradılmasına çalışırlar, məqsəd isə 2029-30-cu illər üçün Avropa faşist qüvvələrini Rusiyaya qarşı hücuma yönləndirmək, Ukrayna müharibəsi vasitəsilə məğlub edə bilmədikləri Rusiyadan siyasi revanş göturmək, onu zəiflətmək, Çinlə həlledici qarşıdurma ərəfəsində Rusiyanı geosiyasi gücə malik oyunçu kimi aradan göturməkdir".
Cavid