Lula da Silva Bolsonaronun uçuşunu rüsvayçılıq adlandırıb Dünya

Lula da Silva Bolsonaronun uçuşunu rüsvayçılıq adlandırıb

Braziliya Prezidenti Luis İnasio Lula da Silva seçkilərdəki son rəqibi, senator Flavio Bolsonarunun ölkəni tərk etməsindən xəbərdar olduğunu təsdiqləyib.

Xalqcebhesi.az xəbər verir ki, dövlət başçısı bu barədə Braziliada jurnalistlərə bəyan edib.

"Rəqibimin ölkəni tərk etdiyini yenicə öyrəndim. Onun Braziliyanı tərk etməsinə təəssüf edirəm, o, qalıb ittihamların həqiqətə uyğun olmadığını sübut edə bilərdi", - deyə dövlət başçısı Braziliada jurnalistlərə bildirərək, eks-prezident Jair Bolsonarunun oğlunun bu addımını "rüsvayçılıq" adlandırıb.

Məryəm Quliyeva