Pentaqon bazaları boşaldır: Tramp İranın nüvə obyektlərini vurmağa hazırlaşır Dünya

Pentaqon bazaları boşaldır: Tramp İranın nüvə obyektlərini vurmağa hazırlaşır

ABŞ Fars körfəzinin bir neçə ölkəsini Kongresə keçiriləcək aralıq seçkilərindən (3 noyabr) sonra İrana qarşı mümkün "qısamüddətli, intensiv hərbi kampaniya" barədə xəbərdar edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" qəzeti məlumat yayıb.

Qeyd olunduğu kimi, Pentaqon Amerika hərbçilərini Yaxın Şərqdə təhlükə ilə üzləşə biləcəkləri bazalardan təxliyə edib, regiondakı ABŞ Silahlı Qüvvələri döyüş sursatı ehtiyatlarını artırır, bombardmançı və qırıcı təyyarələr isə zərbələr endirməyə hazırlaşır. "The Wall Street Journal"ın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp hərbi əməliyyatın bərpası ilə bağlı hələ yekun qərar qəbul etməyib, lakin seçkilərdən sonra hədəfi İranın infrastrukturu və nüvə obyektləri ola biləcək miqyaslı hücumun keçirilməsinə meyil edir.

Məryəm Quliyeva